Xəbər lenti
Jurnalistin qətlinin detalları açıldı: "O, öldükdən sonra paltarını Mustafa geyindi və..."
Jurnalist Camal Qaşuqcinin İstanbuldakı Baş konsulluqda öldürüldüyünü 18 gün sonra etiraf edən Səudiyyə Ərəbistandan qətlin detalları ilə bağlı maraqlı açıqlama verilib.
"Röyter"ə danışan adının açıqlanmasından imtina edən səudiyyəli yetkili, əslində, Camal Qaşuqcini konsulluqda öldürmək deyil, onu Ər-Riyada aparmaq planı olduğunu deyib:
"Kəşfiyyat idarəsinin vitse-prezidenti Əhməd Əsiri tərəfindən qurulan və Səudiyyədən İstanbula təcili göndərilən 15 nəfərlik heyətin əsas məqsədi jurnalisti öldürmək yox, onu Ər-Riyada gətirmək olub. Təlimata görə, onlar Qaşuqcini razı salaraq, xoşluqla ölkəyə geri gətirməli idilər. Razı sala bilməyəcəkləri təqdirdə isə onu Türkiyədə təhlükəsiz bir evə gətirib, bir müddət saxlamaq planı olub. Həmin müddətdə də Ər-Riyada dönməkdən imtina edəcəyi təqdirdə, Xaşuqci sərbəst buraxılmalı idi. Lakin Türkiyəyə göndərilən heyət bunu bacarmayıb".
Səudiyyəli yetkili deyib ki, Qaşuqci konsulluğa daxil olduqdan sonra onu Baş konsulun otağına gətiriblər: "Burada onunla Ər-Riyaddan getmiş Mahir Mütrəb adlı səlahiyyətli söhbət edib. O, Qaşuqcini Səudiyyə Ərəbistanına dönməyə razı salmaq istəyib. Bu zaman jurnalist konsulluğun bayırında onu gözləyənin olduğunu deyib, əlavə edib ki, əgər bir saat içində buradan çıxmasa, Türkiyə polisinə xəbər veriləcək. Bundan sonra Camal Qaçuqci Mütrəbə diplomatik normaları aşdığını xatırladıb və belə deyib: "Mənimlə nə edəcəksiz? Qaçıracaqsız məni?".
Mütrəb cavab olaraq deyib ki, "hə, səni yatırdıb, qaçıracağıq". Bundan sonra otaqda səs-küy qalxıb, jurnalist səsini qaldırıb, nəticədə əlbəyaxa dava çıxıb. Bu zaman əvvəlcədən verilən əmrləri aşaraq, Xaşuqciyə güc tətbiq ediblər. Beləliklə, o, Baş konsulun otağında ölüb. Yenə deyirəm, Ər-Riyaddan verilən tapşırıqda niyyət onu öldürmək olmayıb. Ancaq görünür, Camal yaşında olan bir kişiyə elə psixoloji və fiziki zor tətbiq edəndə, böyük ehtimalla ölürlər".
"Röyter"ə danışan səudiyyəli yüksək vəzifəli deyib ki, baş verən hadisədən sonra heyət və konsulluq rəsmiləri çaşqınlıq içində qalıblar: "Xaşuqçinin ölümündən sonra xətalarını gizlətmək istəyən Ər-Riyaddan gedən heyət və konsulluq rəsmiləri onun meyitini bir xalçaya büküblər. Sonra meyiti konsulluğa aid maşınla oradan çıxarıb yerli bir nəfərə təslim ediblər. Konsulluqda olan ədliyyə tibbi eksperti Salah Tubaigi isə konsulluqdakı bütün sübutları yox etməyə çalışıb.
15 nəfərlik heyətdə təmsil olunan Mustafa Madani isə Qaşuqcini təqlid etmək məqsədi ilə onun soyundurulmuş paltarlarını geyinib, saatını və eynəyini taxaraq, konsulluğun arxa qapısından çıxıb. Mustafa Madani təhlükəsizlik kameralarına Qaşuqcinin libasında göründükdən sonra İstanbuldakı Sultan Əhməd meydanına gedərək, geyimini dəyişib".
Yetkili iddia edib ki ki, hadisədən sonra konsulluq və heyət Ər-Riyada əvvəlcə yalan məlumat veriblər: "Onlar Ər-Riyada əvvəlcə rəsmən bildiriblər ki, Qaşuqci bir saat ərzində konsulluqdan çıxmayacağı təqdirdə, Türkiyə polisinin məlumatlandırılacağını dediyi üçün məcbur qalıb, onu buraxıblar. Lakin sonradan hər şey ortaya çıxdı...".
Məlumatda Qaşuqcinin meyitinin harada olmasına, həmçinin meyitin təhvil verildiyi iddia olunan "Yerli adam"ın kimliyinə toxunulmayıb.
Xatırladaq ki, oktyabrIn 2-də subay olmasını təsdiqləyən sənədi almaq üçün Səudiyyə Ərəbistanın İstanbuldakı Baş Konsulluğuna gedən müxalif jurnalist Camal Qaşuqci orada öldürülüb. Rəsmi Ər-Riyad bu faktı etifa etsə də, hələ də jurnalistin meyiti üzə çıxarılmayıb./strateq.az.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar