Sizin Reklam Burada
Xəbər lenti
24-04-2026
23-04-2026
BÜTÜN XƏBƏRLƏR

Vergi xidməti yeni evlənənlərə qəribə "hədiyyə" göndərib

Tarix: 12-10-2018 07:22     Baxış: 2309 A- / A+
Vergi xidməti yeni evlənənlərə qəribə "hədiyyə" göndərib

Çexiyanın Maliyyə İdarəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbələrindən nikah bağlayan şəxslər haqqında məlumatları tələb edib və bu informasiyalar əsasında yeni evlənən gənclərdən konkret restoranda, hətta bir sıra hallarda ev şəraitində, qohumların əhatəsində keçirilən toy mərasimləri haqqında hesabat istəyib.

Manevr.az Azərtac-a istinadən bildirir ki, bəlli bir gündə nikah bağlayan yeni evlənənlərə maliyyə idarəsindən məktublar daxil olub və vergi əməkdaşlarının bu qəribə "təşəbbüsü" yüzlərlə gənc ailə cütlüyünə şamil olunub.

Bu anlaşılmazlığa münasibət bildirən maliyyə naziri Alena Şillerova bildirib ki, yəqin ki, söhbət "konkret halda özlərinə aid olmayan nəzarəti həyata keçirən məmurların əsassız cəhdindən" gedir. Nazir vəzifə səlahiyyətindən sui-istifadə hallarının sübut olunacağı təqdirdə həmin məmurları işdə buraxılan nöqsanlara görə şəxsi məsuliyyətə cəlb etmək niyyətindədir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar