Sizin Reklam Burada
Xəbər lenti
04-09-2025
03-09-2025
BÜTÜN XƏBƏRLƏR

ABŞ-da erkən prezident seçkilərində 3 nəfər həbs olundu

Tarix: 30-10-2016 16:35     Baxış: 4480 A- / A+
ABŞ-da erkən prezident seçkilərində 3 nəfər həbs olundu

ABŞ-ın Virciniya və Florida ştatlarında polis erkən prezident seçkiləri proseduru zamanı saxtakarlığa yol verilməsi ittihamı ilə 3 nəfəri həbs edib.
“Fox News” telekanalının verdiyi məlumata görə, Florida ştatında 2 qadın saxlanılıb.

Seçki məntəqəsinin 74 yaşlı əməkdaşı Qlaqos Kogqo qəsdən düzgün olmayan seçki sənədlərini qeydiyyata almaqda günahlandırılır. Saxlanılanlardan Tomiqa Korqelə gəlincə, o, erkən seçkilər zamanı ölən 5 şəxsin səsini qeydiyyata almaqda ittiham edilir.

Virciniyada isə afroamerikalı Vafalay Massaki mövcud olmayan seçiciləri qeydiyyatdan keçirməkdə günahlandırılır. Onu 40 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Telekanal bildirir ki, Virciniya və Florida ştatları hazırda respublikaçıların namizədi Donald Tramp və demokratların namizədi Hillari Klintonun bir-biri ilə müqayisədə açıq üstünlüyə malik olmadıqları əsas ştatlar sırasındadır.(APA)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar