Xəbər lenti
Google məlumatları yaydığını etiraf edib
Google nümayəndələri istifadəçi məlumatlarının kənar proqram istehsalçılarına əlçatan olduğunu təsdiq ediblər.
Milli.az technote.az-a istinadən bildirir ki, Gmail-də müxtəlif poçt və reklam genişlənmələri istifadəçilər haqqında informasiya toplayırlar. Google-ın məxfilik siyasətinə uyğun olaraq, bu firmalar informasiyanın toplanması və emalı haqqında istifadəçiləri məlumatlandırmalıdır.
Technote.az bildirir ki, ABŞ hakimiyyəti aydınlaşdırıb ki, bütün istehsalçılar istifadəçilərə onların yazışmalarını oxuduqlarını və ya məlumatı üçüncü şəxslərə ötürdüklərini bildirmirlər.
Hüquqşünaslar İT-nəhəngdən qaydaları pozan şirkətlərin siyahısını tələb ediblər. Məlumata görə, 26 sentyabrda dinləmələr zamanı bu məsələnin aydınlaşdırılması planlaşdırılır.
Həmin gün məlumatların təhlükəsizlik məsələlərini senatorlarla Google, Apple, AT&T və Twitter nümayəndələri müzakirə edəcək.
Qeyd edək ki, daha əvvəl Google və MasterCard arasında gizli sazişin imzalanması məlum olmuşdu. Ödəmə sistemi bir neçə il ərzində İT-nəhəngə istifadəçilərin ödəniş məlumatlarını təqdim etmişdi. Bu məlumatlar sayəsində Google analitikləri reklamın effektivliyini müəyyən etmişdilər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar