Xəbər lenti
Avropalı deputata Azərbaycanda cinayət işi açıldı

Avropalı deputata Azərbaycanda cinayət işi açıldı. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) erməni mətbuatında yayılmış, Avropa Parlamentinin üzvü Eleni Teokarusun cari ilin 27 sentyabr tarixində işğal altında olan Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı açıqlama yayıb.
XİN-dən verilən məlumata görə, Avropa Parlamentinin Kipr Respublikasından olan üzvü Eleni Teokarusun adı ölkəmizin ərazisinə girişi qadağan olunan şəxslər siyahısındadır və ona qarşı Azərbaycan Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi açılıb.
"Ermənistan və erməni lobbisinin təsiri altında fəaliyyət göstərən bu şəxs, Ermənistan hakim dairələrinin işğalçı siyasətinə haqq qazandırmaq və onların təcavüzkar siyasətini təşviq etmək mövqeyini sərgiləyir", - deyə XİN-nin bəyanatında bildirilib. sonxeber.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar