Sizin Reklam Burada
Xəbər lenti
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

İranda terrorda ölənlər arasında kapitan və polkovnik də var - Ölü sayı artdı

Tarix: 23-09-2018 19:44     Baxış: 2414 A- / A+
İranda terrorda ölənlər arasında kapitan və polkovnik də var - Ölü sayı artdı

Dünən İranın Əhvaz şəhərində hərbi parad zamanı törədilən silahlı hücumda ölənlərin sayı 25-ə çatıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, “Əl Əhvaziyə” terror təşkilatı tərəfindən törədilən tearktda 60 nəfər də yaralanıb.

İran İnqilab Keşikçiləri Ordusunun sözcüsü Ramazan Şərif bildirilib ki, həlak olanların arasında bir polkovnik və kapitan, həmçinin “Əsri Cunub” jurnalının əməkdaşı Yunis Purhulu adlı jurnalist də var. Ölənlərdən 17-si əsgər, digərlərinin isə mülki vətəndaşdır.

İran Silahlı Qüvələri Baş Qərargahının sözçüsü Əbülfəzl Şikarçinin sözlərinə görə, terrorçulardan 3-ü hadisə yerində öldürülüb, biri isə yaralı olaraq aparıldığı xəstəxanada ölüb. O deyib ki, terrorçular silahlarını bir neçə gün əvvəl Fars Körfəzindəki ölkələrdən alıblar və tədbirin keçirildiyi ərazidə gizlədiblər.

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif hücuma görə Amerika Birləşmiş Ştatlarının və terrorizmin regional havadarlarının məsuliyyət daşıdıqlarını söyləyib.

Qeyd edək ki, “Əl Əhvaziyə” adı ilə tanınan “Əhvaz Xalqı Demokratik Cəbhəsi” İranın cənub-qərbində müstəqil ərəb rəhbərliyi qurmağı hədəf seçən separatçı terror təşkilatı kimi tanınır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar