Xəbər lenti
ABŞ Rusiya ilə sərhəddə qoşun yerləşdirir - Təhlükə
Birləşmiş Ştatlar Norveçin Rusiya ilə sərhədinə 330 nəfərlik hərbi heyət göndərir. ABŞ-ın dəniz piyadaları sərhəddən min kilometr aralıdakı Vaernes hərbi bazasına yerləşəcəklər.
Norveçin müdafiə naziri Ine Eriksen Soreide deyib ki, ABŞ əsgərlərinin onların ölkəsinə göndərilməsində məqsəd alyans daxilində operativ uyğunlaşmanı təmin etməkdir. Nazir müttəfiqlərin hərbi qüvvələrinin ölkəyə gəlişinin, Norveç ərazisində və Norveç qüvvələriylə fəaliyyətin təfərrüatlarının öyrənilməsinin ölkənin təhlükəsizliyi baxımından vacib olduğunu bildirib.
Norveç Birləşmiş Ştatlarla NATO-da müttəfiqdir və ABŞ-ın bu ölkədə hərbi avadanlığı əvvəl də var idi. ABŞ silahlı qüvvələrinin Norveçə göndərilməsi yanvar ayına planlanıb.Rusiyanın Oslodakı səfirliyi xəbəri təəccüblə qarşılayıb. Norveç rəsmilərinin Rusiyanı təhlükə hesab etmədiklərinin dəfələrlə vurğuladıqlarını xatırladıb. Amma Ukraynanın Krım vilayəti Rusiyaya ilhaq ediləndən sonra Norveçin müdafiə naziri Rusiya sarıdan narahatlığını ifadə etmişdi. Norveçdə ölkənin Soyuq müharibə tərzli qarşıdurmaya cəlb olunmasına etiraz edənlər də az deyil.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar