Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

WikiLeaks Hillari Klintonu niyə hədəfə alıb?

Tarix: 25-10-2016 09:45     Baxış: 4560 A- / A+
WikiLeaks Hillari Klintonu niyə hədəfə alıb?




















Gizli yazışmaları açmaqla Klintonun seçilməsinin qarşısını almaq mümkün olacaqmı...

ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klintonun dövlət katibi olarkən yazışmaların bir hissəsini şifrələnmiş elektron ünvandan deyil, öz şəxsi elektron poçtu üzərindən apardığı üzə çıxıb. Habelə Rusiyaya bağlı hakerlər Demokratlar Partiyasının Milli Komitəsinin elektron poçtunu sındırıblar.

H.Klintonun seçki qərargahının rəhbəri Con Podestanın poçtundan ələ keçirilmiş sənədləri hazırda qalmaqallı WikiLeaks saytı yaymaqdadır. Qeyd edək ki, bu sayt seçki kampaniyası başlayandan H.Klintona qarşı intensiv qara piar aparır. Dünyaca məşhur olan saytın Klintonu hədəfə almasının arxasında Rusiyanın və prezidentliyə respublikaçı namizəd Donald Trampın əlinin olduğu iddiaları var. Bu iddiaları irəli sürənlər “Nədən bu sayt və onun arxasında dayananlar Klintonun seçilməməsi üçün çalışır” sualını da irəli sürürlər.

ABŞ siyasətinə bələd olan, əvvəlki seçkilərdə Hillari Klintonun seçki qərargahında fəaliyyət göstərmiş gənc fəal Bəxtiyar Hacıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Klintonun dövlət katibi olarkən şəxsi serveri üzərindən müəyyən sənədlərin göndərilməsi ilə bağlı araşdırmalarda onun qanunazidd heç bir addım atmadığı ortaya çıxıb, göndərilən sənədlər həmin zaman məxfi sənədlər olmayıb. Təbii ki, bu cür araşdırmalar Klintonun ilkin seçkilər zamanı nüfuzuna xeyli zərbə vurmuşdu, onu əsas məsələlər ətrafında danışmaqdan yayındırıb, bu məsələyə köklənməyə vadar edirdi. Ancaq indiki mərhələdə onun elektron poçt qalmaqalı seçki mövzusu olmaqdan çıxıb: “Seçkilər zamanı xanım Klinton qərargahının rəhbərinin elektron poçtuna rusiyalı hakerlərin hücumu isə Klintonun seçilməsinin qarşısını almaq, Rusiyaya münasibətdə daha loyal, daha yumşaq mövqe sərgiləyən Trampın seçilməsinə təkan vermək cəhdidir. Hillari Klinton 30 ildən artıqdır ki, ictimai-siyasi həyatdadır, bir çox məsələdə onun mövqeyi bir çox maraq qruplarının maraqlarını ya tapdalayıb, ya da gələcəkdə tapdalayacaq. Məhz buna görə də ABŞ daxilində və ABŞ-dan kənarda bir çox maraq qrupları, qüvvələr Klintonun seçilməsinə qarşı fəaliyyət göstərirlər. Ancaq düşünürəm ki, indiki mərhələdə artıq hər şey üçün gecdir. Seçkiyə 3 həftədən də az vaxt qalıb, namizədlər arasında 3-cü və sonuncu debat da arxada qalıb”.

B.Hacıyev qeyd etdi ki, sonuncu debat Trampın özünü Klintondan fərqləndirmək, üstün göstərmək və prezident olmağa layiq olduğunu sübut etmək üçün son şansı idi. Tramp isə ard-arda siyasi baxımdan korrekt olmayan, amerikalıları qəzəbləndirəcək ziddiyyətli çıxışlar etməklə, bu şansını da əldən buraxdı.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar