Xəbər lenti
4 ədəd türk F-16 qırıcısı koalisiyaya qoşuldu — SON DƏQİQƏ

Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu Mosul əməliyyatı çərçivəsində 4 ədəd F-16 qırıcısının koalisiya qüvvələrinə havadan dəstək verdiyini açıqladı
Manevr.az xəbər verir ki, Fransa xarici işlər naziri ilə birlikdə keçirdiyi mətbuat konfransında Çavuşoğlu vacib açıqlamalar verib. Konfransda Mosul əməliyyatı barədə məlumat verən nazir bildirib:
"4 ədəd F-16 qırıcısı koalisiya qüvvələrinə havadan dəstək verəcək. Basikadakı hərbi kontingentimiz Mosul əməliyyatına qədər 700-dən çox İŞİD terrorçusunu məhv edib. Əməliyyat başlayandan bu günə qədər top atışları ilə 20 terrorçunu məhv etmişik. İraqın ərazi bütövlüyü və istiqrarı bizim təhlükəsizliyimiz qədər vacibdir. İndi də Sincar şəhərini ikinci Qəndilə çevirmək istəyirlər. Biz PKK-nın İraqdakı təşkilatlanmasına daha aktiv müdaxilə edəcəyik. Onların burada təşkilatlanmasına icazə verməyəcəyik".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar