Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Jan Klod Van Damm: ''ABŞ-ın əsas vəzifəsi Rusiya ilə münasibətləri yaxşılaşdırmaqdan ibarətdir''

Tarix: 22-10-2016 23:45     Baxış: 4589 A- / A+
 Jan Klod Van Damm:


"ABŞ-ın birinci dərəcəli vəzifəsi Rusiya ilə münasibətləri yaxşılaşdırmaqdır". "Report" "TMZ" portalına istinadən xəbər verir ki, bunu Amerika aktyoru Jan Klod Van Damm deyib.

Aktyor hesab edir ki, ABŞ-da prezidentliyə ən yaxşı namizəd Respublikaçılar Partiyasından irəli sürülmüş Donald Trampdır.

"Mən Amerikaya heç nəyi nəzərdə tutmadan gəldim və insanların sayəsində ulduz oldum. Amerikada hər şey mənimçün yaxşıdır. Lakin indi Amerikanı biznes kimi idarə etmək lazımdır. Çünki sizdə problem var" – deyə aktyor əlavə edib.

O, dünya ölkələrinə səyahət etdiyini bildirərək bir sıra təkliflər də səsləndirib: "Bir neçə dəfə Rusiya prezidenti Vladimir Putinlə, İtaliyanın keçmiş baş naziri Silvio Berlusakoni ilə, Donald Trampla, Çində insanlarla görüşmüşəm" – deyən aktyor qeyd edib ki, ABŞ və Rusiyadan başqa digər dövlətlər zəifdir və bu iki güclü ölkə bir-birinin əlini sıxmalıdır.

Seçkiöncəsi yarışmadan danışan aktyor bunları deyib: "Uşaqlar, siz qeyri-siyasi məsələlərdən danışırsınız. İndi bizə Donald Tramp lazımdır".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar