Xəbər lenti
II Avropa Oyunlarının büdcəsi “Bakı-2015”-lə müqayisədə xeyli az olacaq
2019-cu ilin yayında Belarusda keçiriləcək II Avropa Oyunlarının büdcəsi “Bakı-2015”-lə müqayisəolunmaz dərəcədə aşağı olacaq.
Bu barədə ölkənin idman və turizm naziri Aleksandr Şamko açıqlama verib.
O bildirib ki, Azərbaycanın Avropa Oyunları keçirmək üçün fərqli konsepsiyası olub:
“Bakı iki dəfə Yay Olimpiya Oyunlarına iddiaçı olub. Ona görə də şəhərdə tikinti qlobal, büdcə isə çox böyük olub. Bizdə isə hazırda, demək olar ki, hər şey hazırdır. Bu üzdən, Azərbaycanın çəkdiyi xərclərdən müqayisəolunmaz dərəcədə aşağı məbləğdə vəsait sərf edəcəyik”.
Şamko Oyunların təkcə paytaxt Minskdə deyil, Belarusun bir neçə şəhərində keçirilməsinin mümkünlüyünü də vurğulayıb:
“Bizim təkcə paytaxtda deyil, bir neçə regionda da müasir idman infrastrukturumuz yaradılıb. İndidən Oyunların konkret hansı şəhərlərdə keçiriləcəyindən danışmaq tezdir. Biz idman növləri üzrə 10-12 istiqaməti qeyd etmişik. Mümkündür ki, hansısa yarışlar Minskdə keçirilməsin. Yekun qərar Təşkilat Komitəsinin hərtərəfli işə başlamasından sonra veriləcək”.
Hökumət rəsmisi Avropa Oyunlarını keçirərkən, Rusiyanın böyük yarışlara zəngin təşkilatçılıq təcrübəsindən yararlanacağını açıqlayıb. Nazir, eyni zamanda ilk Avropa Oyunlarını keçirmiş Azərbaycanın təcrübəsinin də vacibliyini dilə gətirib.
Belarus Milli Olimpiya Komitəsinin (MOK) I vitse-prezidenti Maksim Rıjenkov isə idman növlərinin sayının “Bakı-2015”-dəki kimi, 20 deyil, 12-15 aralığında olacağını açıqlayıb.
Rıjenkovun sözlərinə görə, həmin növlərin adları Belarusun və Avropa Olimpiya Komitələrinin konseptual maraqlarına, Minsk və onun ətrafındakı infrastruktura əsasən müəyyənləşəcək. İdman növlərindən çoxu üzrə yarışlar 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli olacaq.
Rıjenkov Avropa Olimpiya Komitələri və Beynəlxalq Olimpiya Komitəsi ilə birgə marketinq proqramı hazırlayacaqlarını da söyləyib. Həmin proqrama əsasən, görüləcək işlərdən, biletlərdən gəlirlərin böyük hissəsi harasa bölünməyə yox, Oyunlara çəkilən xərclərin qarşılanmasına sərf olunacaq.
MOK rəsmisi, həmçinin nəqliyyat təminatı, idmançıların daşınması kimi çox ciddi məbləğdə xərclərin bir hissəsini, teleyayım hüququnun satışı, reklam və s.-i EOC-un öz üzərinə götürməyə hazır olduğunu bildirib.
II Avropa Oyunlarının iştirakçıları isə “Bakı-2015”-dəki kimi, 10 min yox, 4-5 min civarında olacaq. Onların Minskdəki Tələbə Şəhərciyində yerləşdirilməsi planlaşdırılır. Rıjenkov bu addımın da təşkilati işlər zamanı əhəmiyyətli dərəcədə qənaətə yol açacağını vurğulayıb.
Qeyd edək ki, “Bakı-2015” I Avropa Oyunlarının büdcəsi, rəsmi rəqəmlərə əsasən, 1,2 milyard dollar olub. Ötən ilin iyununda keçirilmiş Oyunlarda yalnız kayak və kanoe yarışları Bakıda deyil, paytaxtdan 275 km aralıdakı Mingəçevirdə təşkil olunub.(moderator.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar