Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Hərbçiləri ən çox intihar edən ordular -SİYAHI

Tarix: 20-10-2016 20:42     Baxış: 4649 A- / A+
Hərbçiləri ən çox intihar edən ordular

Müasir dünya ordularının ən böyük problemlərindən biri intihar epidemiyasının geniş yayılmasıdır. Bu problem dünyanın ən güclü ordularından da yan keçməyən qlobal tendensiyadır.
Psixoloji stress, depressiya, hərbi qulluqçuşar arasında nizamnamədən kənar münasibətlər (dedovşina), şəxsi həyatda problemlər, maliyyə problemləri və s. bu intiharların əsas səbəbləri göstərilir.
Bu səbəbdən bir çox ölkələr orduda psixoloq ştatını artırıb, intiharlara qarşı geniş kampaniyalar təşkil ediblər.

Məsələn, dünyanın ən güclü və intizamlı ordularından sayılan İsrail ordusunda (ÇAXAL) 2005-2015-ci illər ərzində 237 hərbi qulluqçu intihar edib. İntihar faktlarına qarşı effektiv mübarizə məqsədilə qəbul edilən plan çərçivəsində mülki psixoloqlar hərbçilərlə ayrı-ayrılıqda seanslar keçmirmiş, hər bir intihar faktı ilə bağlı ordu polkovnikinin başçılıq etdiyi xüsusi komissiyanın yaradılması mənfi tendensiyanın azalmasılna səbəb olub.
Təsadüfi deyil ki, 2005-ci ildə 35 İsrail hərbçisi intihar etmişdisə, 2015-ci ildə bu rəqəm 15-ə enib. Amma İsrail ordusunun şəxsi heyətini nəzərə aldıqda (180 min) intihar faktları dünya ölkələri ilə müqayisədə xeyli aşağı səviyyədədir.

Böyük Britaniya ordusu da intihar hallarının yüksək olduğu ölkələrdən sayılır. Maraqlıdır ki, 2014-ci ildə Böyük Britaniya ordusunun 29 hərbi qulluqçusu və 21 veteranı intihar edib. Eyni dövrdə Əfqanıstanda və dünyanın digər ölkələrində döyüş tapşırığı icra edərkən həlak olan hərbçilərin sayı isə 44 nəfər olub.

NATO-nun 2-ci ən böyük ordusu sayılan Türkiyə ordusu (678 min) PKK ilə döyüşlərdə verdiyi itkilərlə müqayisədə intiharlardan daha çox əziyyət çəkib. Müdafiə naziri İsmət Yılmaz 2003-2013-cü illər arasında orduda 965 intihar faktının qeydə alındığını bildirmişdi. Maraqlıdır ki, həmin 10 illik dövr ərzində PKK ilə döyüşlərdə 601 hərbçi şəhid olub.

Rusiya ordusu (980 min) döyüş və qeyri-döyüş itkilərinin geniş yayıldığı ölkələrdən biridir. Ölkənin Müdafiə Nazirliyi intihar edən hərbi qulluqçularla bağlı yalınz 2009-cu ildə rəsmi statistikanı açıqlamışdı. Həmin zaman ölkədə 191 hərbçinin intihar etdiyi açıqlamnmışdı. Lakin hüquq-ümdafiəçiləri və QHT-lər 2005-ci ildən bəri ölkədə 3267 hərbçinin canına qəsd etdiyini müəyyən edib.
Xüsusən 2008-ci il (505 intihar) bu göstərici görə rekord təşkil edib.
ABŞ ordusunun şəxsi heyəti 1,4 milyon nəfər təşkil edir. Pentaqonun rəsmi açıqlamasına görə hər 36 saat ərzində 1 hərbi qulluqçu intihar edir.

Müharibə veteranları arasında isə intihar göstəricisi bundan qat-qat çoxdur. 2012-ci ildə Pentaqon 349 hərbi qulluqçunun həyatına qəsd etdiyini bildirmişdi. Halbuki həmin ildə Əfqanıstanda cəmi 295 əsgər öldürülmüşdü. İntihar göstəricisi 2011-ci ildə 301, 2014-cü ildə isə 400-ü keçib.
Ümumilikdə son 10 ildə (2005-2015) Amerika ordusu 3916 hərbi qulluqçusunu intihara görə itirib. Pentaqon bu tendensiyanın qarşısını almaq üçün geniş layihələr həyata keçirir.
Ermənistan ordusu intiharlarla bağlı ciddi problem yaşayan ölkələrdən sayılır. Helsinki Vətəndaş Assambleyasının Vanadzor Ofisinin məlumatına görə 58 miun hərbçinin xidmət etdiyi Ermənistan ordusunda 2010-cu ildən 2016-cı ilin ilk yarısına qədər 58 intihar faktı qeydə alınıb.
Eyni dövrdə düşmən ordusunda 47 qətl də baş verib.modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar