Xəbər lenti
6 milyardlıq hərbi gəmilər üzə bilmir - FOTO

Britaniya Kral Hərbi-Dəniz Qüvvələrinin toplam dəyəri 6 milyard funt-sterlinq olan gəmiləri dənizlərə və okeanlara çıxa bilmir.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Fars Körfəzindəki əməliyyatlar zamanı müxtəlif zədələr alan, nasazlıqların meydana gəldiyi gəmilərin ümumi bəlası var.
Onlar isti sularda üzə bilmirlər.
Ən müasir hərbi gəmilər olan "HMS Dauntless" və "HMS Defender", ümumiyyətlə, ötən il dənizə çıxmayıb.
"HMS Dragon" ötən il Portsmut limanında 309 gün, "HMS Daring" - 232 gün, "HMS Diamond 203" və "HMS Duncan" isə 197 gün qalıblar.
Bu gəmilər üçün mühərrikləri istehsal edən "Rolls-Royce" konsernindən verilən məlumata görə, Müdafiə Nazirliyi onlara gəmilərin isti sularda uzun müddət üzəcəyi barədə xəbərdarlıq etməyib.
"Həmin səbəbdən də mühərriklər isti sularda üzməyə uyğunlaşdırılmamışdı", - konsernin açıqlamasında vurğulanır.
Hazırda həmin gəmilərin mühhəriklərində yenilənmə işləri aparılır. Ümumilikdə 45 mühərrik isti sularda üzməyə uyğunlaşdırılmalıdır.
Manevr.az


Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar