Sizin Reklam Burada
Xəbər lenti
04-09-2025
03-09-2025
BÜTÜN XƏBƏRLƏR

Putinin göndərdiyi adam prezidentin varisini seçir – Kərimovun yerinə kim olacaq?

Tarix: 14-10-2016 12:21     Baxış: 5514 A- / A+
Putinin göndərdiyi adam prezidentin varisini seçir



Özbəkistanın yeni prezidenti Şövkət Mirziyoyev olacaq. Lakin o, bunun üçün iki rəhbərlə razılaşmalıdır.

Publika.az xəbər verir ki, bu barədə “Röyters” gizli mənbəyə istinadən xəbər verir.

Mənbə deyir ki, bu şəxslər Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Rüstəm İnyatov və baş nazirin müavini Rüstəm Əzimovdur.

Lakin məlumata görə, Özbəkistan siyasətinə həmçinin özbək əsilli milyarder Əlişir Usmanov da təsir edir.

“Usmanovun şəxsi təyyarəsi son vaxtlar Daşkənd aeroportunda tez-tez görünür”, - deyə mənbə bildirib.

Usmanova yaxın mənbə isə agentliyə bildirib ki, milyarder Özbəkistanı idarə edən dairələrə kifayət qədər yaxındır.

Hazırda prezident olacaq əsas şəxs Şövkət Mirziyoyevdir. Məlumatlara görə, Kərimov xəstələnəndən sonra özbək klanları sentyabrın 28-də toplaşaraq Mirziyoyevin ictimai lider olması haqda razılığa gəliblər. Lakin o, qərarları sərbəst şəkildə qəbul edə bilməyəcək.

“Röyters” dəqiqləşdirib ki, Usmanovun “Filightradar 24” təyyarəsi məhz sentyabrın 28-də Daşkənd aeroportuna enib.

Mirziyoyevlə Usmanov qohumluq əlaqələrinə malikdirlər. 2009-cu ildə milyarderin qardaşı oğlu Mirziyoyevin qardaşı qızı ilə ailə qurub. Məlumatlara görə, bu qohumluq İslam Kərimovda narazılıq yaradıb. 2013-cü ildə Usmanovun qardaşı oğlu avtomobil qəzasında vəfat edib.

Qeyd edək ki, Usmanov Kreml rəhbərliyi ilə çox yaxın əlaqələrə malikdir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar