Sizin Reklam Burada
Xəbər lenti
04-09-2025
03-09-2025
BÜTÜN XƏBƏRLƏR

Kosmosda yeni dövlət yaradan Azərbaycanlı

Tarix: 13-10-2016 23:23     Baxış: 3517 A- / A+
Kosmosda yeni dövlət yaradan Azərbaycanlı


Kosmos üzrə UNESCO-nun beynəlxalq komissiyasının prezidenti İqor Aşurbəyli Parisdə Qərb jurnalistlərinə “Asgardia” adlı yeni layihəni təqdim edib.

Azvision.az xəbər verir ki, İqor Aşurbəylinin rəhbərliyi altında beynəlxalq komanda genişmiqyaslı layihəyə, kosmosda “Asgardia” adlı müstəqil dövlətin yaradılmasına başlayır.

Bu ölkənin ilk “kərpici” isə gələn il kosmosa buraxılması planlaşdırılan peykdir.

Layihənin olduqca demokratik olacağı bildirilir. Gələcək ölkənin ilk sakinləri layihənin saytında qeydiyyatdan keçən 100.000 adam olacaq.

Aşurbəylinin sözlərinə görə, “Asgardia” kosmosda dövlətçiliyin yeni forması ola bilər. Bura yeni millətin yaranacağı ölkəyə çevrilə bilər.

Layihədə iştirak edən alimlər ümid edirlər ki, “Asgardia” bütün bəşəriyyət üçün xeyirli bir layihə olacaq.

Qeyd edək ki, İqor Aşurbəyli 9 sentyabr 1963-cü ildə Bakıda anadan olub. Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədridir. "Almaz-Antey konstruktor bürosunun sabiq rəhbəri, texnika elmləri doktorudur.

2011-ci ilədək İqor Aşurbəyli on il "Almaz-Antey" baş konstruktor bürosu sisteminə rəhbərlik edib. Onun direktoru olduğu "Almaz" korporasiyası müasir Rusiyanın havadan müdafiə sisteminin qalxanı sayılan S-300 və S-400 raketlərinin istehsalı ilə məşhurlaşıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar