Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Ermənistanda dövlət çevrilişi ehtimalı var”

Tarix: 17-04-2018 20:08     Baxış: 4299 A- / A+
“Ermənistanda dövlət çevrilişi ehtimalı var”


İlqar Vəlizadə: “Əgər etirazçılar xaricdən real dəstək alsa...”


Ermənistanda genişlənən etirazların qarşısını almaqda çətinlik çəkən rəsmi İrəvan artıq zirehli texnikaları meydanlara çıxartmağa başlayıb. Hansı ki, hökumətin bu addımı olayların daha sərt, daha qanlı məcrada inkişafı ilə bağlı ehtimallara yol açıb.

Moderator.az-a açıqlama verən politoloq İlqar Vəlizadə bu ehtimalın kifayət qədər yüksək olduğunu vurğuladı:

“Ermənistanda proseslərin daha qanlı məcraya yön alması mümkündür. Bu gün baş verənlər Ermənistanda 2016-cı ilin yayında yaşanan hadisələrə çox bənzəyir. O vaxt dövlət çevrilişi ehtimalı yüksək idi. Indi də bu ehtimal çox yüksəkdir. Bunun əlamətləri də göz qabağındadır. Əsas hökumət binaları mühasirəyə alınıb. Fasiləsiz etirazlar baş verir. Bunların arxasında isə müəyyən siyasi qüvvələr dayanır. Yelk partiyası parlament partiyası olaraq baş verən hadisələrin əsas iştirtakçılarından biri kimi göstərilir. Lakin hesab edirəm ki, bəzi müxalifət partiyalaırı da bu hadisələrin marağındadır. Onların arxasında isə çox güman ki, xarici qüvvələr dayanır.

Mitinqlər yaxşı təşkil olunub. Bunu bir günə etmək mümkün deyildi. Təşkilatlanma işi yüksək səviyyədə aparılıb.

Proseslər göstərir ki, Ermənistan hakimiyyəti də buna hazır idi. Əsas magistrallar bağlanıb. Blok-postlar qoyulub. Həm müxalifət, həm də hakimiyyət başa düşürdü ki, hadisələr necə inkişaf edə bilər. Bu baxımdan hər iki tərəf müəyyən hazırlıq görüb. Hər tərəf qarşı tərəfə sürprizlər də hazırlayıb. Bu sürprizlər necə olacaq, bunu hadisələr göstərəcək.

Pərdəarxası proseslər daha mürəkkəbdir. Sərkisyanı devirməık istəyən qüvvələr səfərbər olunub. Xaricdə də Sərkisyan hakimiyyətinin getməsinin zəruriliyi ilə bağlı fikir formalaşdırılır.

Etirazlar yəqin ki, davam edəcək.

Bunun nəticəsi haqqında indidən danışmaq çətindir. Hesab edirəm ki, bu məsələdə real xarici dəstəyin əhəmiyyəti böyük olacaq. Əgər nümayişçilər xaricdən belə bir dəstək alsa, o zaman proseslər Ermənistan hakimiyyətinin maraqları baxımından daha arzuedilməz məcrada inkişaf edəcək”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar