Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Trampın vəkilinin ofisində axtarış apardılar

Tarix: 10-04-2018 04:08     Baxış: 3305 A- / A+
Trampın vəkilinin ofisində axtarış apardılar

ABŞ-da Federal təhqiqatlar bürosunun əməkdaşları ABŞ prezidenti Donald Trampın vəkili Maykl Koenin ofisində axtarış aparıb.

Bu barədə “NBC News” məlumat yayıb.

Koenin nümayəndəsi aparılan axtarışa qəti şəkildə narazılıq ifadə edib.

“ABŞ prokurorluğunun axtarış orderi verməsi qərarı tam yersizdir, bu müştərilərlə vəkillər arasında konfidensial yazışmaların yer aldığı materialların müsadirə olunması ilə nəticələndi” deyə Koenin hüquqlarını müdafiə edən Stiven Rayan bildirib.

Koen uzun müddətdir ki, Trampın şəxsi vəkili kimi çalışır. Son zamanlar pornoaktrisa Stormi Denielsə 130 min dollar ödəniş etməsi ilə gündəmə gəlib. Aktrisa iddia edir ki, Tramp bu məbləği onunla keçmişdə cinsi əlaqədə olduğu faktını örtbasdır etmək məqsədilə verib.

Bu arada “Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi” ilə bağlı istintaqa başcılıq edən xüsusi dövlət ittihamçısı Robert Müller Ağ Ev rəhbəri Donald Trampla şəxsi görüşündə toxunulacaq mövzuların müəyyən edildiyini bəyan edib.

Görüşdə keçmiş FTB rəhbəri Ceyms Komi və milli təhlükəsizlik üzrə müşavir Maykl Flinin qovulması, həmçinin Trampın oğlunun Rusiyalı vəkil Nataliya Veselnitskaya ilə 2016-cı ilin iyun ayında keçirdiyi görüş haqqında müzakirələr aparılacaq. oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar