Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Saakaşvili Gürcüstana qayıda bilər - Bu gün Gürcüstanda parlament seçkilərdir

Tarix: 08-10-2016 09:06     Baxış: 3527 A- / A+
 Saakaşvili Gürcüstana qayıda bilər



Saakaşvili Azərbaycan müxalifəti ilə müqayisədə üçüncü dəfə seçkilərdə qalib gələ bilər

Bu gün Gürcüstanda keçirilən seçkilər dünyada olduğu kimi, Azərbaycanda da maraqla izləniləcək. Proqnozlara əsasən, gürcü müxalifəti seçkilərdə cüzi fərqlə olsa da, qalib gələcək. Proqnoz doğrularsa, bu o deməkdir ki, eks-prezident Mixail Saakaşvili Vahid Milli Hərəkat Partiyası ilə müxalifət lideri kimi 3-cü dəfə qonşu ölkədə qalib gələcək.

İlk dəfə Saakaşvili 2003-cü ilin oktyabrında Gürcüstanda keçirilən parlament seçkilərinin saxta nəticələri ilə bağlı baş verən “Qızılgül inqilabı”nda sonrakı prezident seçkilərində qalib gəlib. İkinci dəfə 2008-ci ilin yanvarında keçirilən növbədənkənar prezident seçkilərində Saakaşvili qələbə qazanıb. Bugünkü seçki isə onun üçüncü qələbəsi kimi gürcü tarixinə yazıla bilər.

Bu tarix yazılarsa, Gürcüstan müxalifəti son 13 ildə Azərbaycan müxalifəti ilə müqayisədə 3-cü dəfə öz ölkələrində qalib olacaqlar.

Politoloq Qabil Hüseynli Saakaşvilinin bugünkü seçkilərdə qalib gəlmə imkanları və Azərbaycan müxalifətinin uğursuzluqları ilə bağlı bunları dedi: “4 il öncə Gürcüstanda hakimiyyətə gələn indiki qüvvələr verdikləri vədlərin böyük əksəriyyətini yerinə yetirə bilmədilər. Üstəlik də ciddi siyasi qarşıdurmalara rəvac verdilər. İndinin özündə seçki mühitini demokratiyadan uzaqlaşdırmaq üçün cəhdlər edilir. Bütün bunlar səslərin Saakaşvili tərəfinə keçməsinə səbəb olur. Üstəlik Gürcüstanda əhalinin siyasi fəallığı, mədəniyyəti daha yüksəkdir və demokratik dəyərlər də oturuşub. Bundan əlavə, Saakaşvilinin yenidən hakimiyyətə gəlməsi üçün bəzi ölkələr dəstək verir. Bu dəstək özünü müxtəlif formalarda təzahür etdirir. Partiyasına yardım edilir, şəxsiyyətinin yüksək şəkildə təbliğ olunması həmin qəyyumlar tərəfindən həyata keçirilir. Saakaşvili cəmiyyətdə dərin izlər də buraxıb. Rüşvət və korrupsiyaya qarşı sərt mübarizənin təməli onun dövründə qoyulub. İndiki hakimiyyətin dövründə Gürcüstanda bəzi demokratik dəyərlərin üstündən xətt çəkilsə də, ölkə demokratik imicini qoruyub saxlaya bilib. Azərbaycana gəlincə, burada situasiya tamam fərqlidir. İqtidarın neft amilinə söykənib yeritdiyi siyasət ona uğur gətirir. İqtisadi vəziyyətin yüksək olması müxalifətin zəifləməsinə gətirib çıxarıb. Müxalifət əlbir olub, gürcü müxalifəti kimi, siyasi proseslərə hökm etmək məharətinə yiyələnə bilməyib. Son dövrlərdə müxalifətin sıraları da xeyli seyrəlib, onlar arasında çəkişmələr sürətlənib. Bu səbəblər ucbatından iqtidar öz hakimiyyətini qoruya bilib. Xalqın siyasi passivliyi də burada mühüm rol oynayır. Hər halda Azərbaycanda iqtisadi amillər həlledici rol oynayır. 11-13 il əvvəl Azərbaycanda müxalifətin qalib gələ bilməməsində xarici faktor da əsas rol oynamışdı. Həmin vaxt Qərbin yardımı müxalifətin xeyrinə olmadı. Demokratik müxalifəti o zaman Qərb dəstəkləmədi. Saakaşvili kimi münasibətləri qura biləcək, münasibətlərə körpü salacaq, Qərbin etimadını qazana biləcək lider olmadı. Bir çox siyasi amillər var idi ki, bu Azərbaycan müxalifətində yox idi”.

AĞ Partiya sədri Tural Abbaslı 2005-ci ildən sonra Azərbaycan müxalifətinin hakimiyyət uğrunda mübarizəni dayandırdığını bildirdi: “2005-ci ildə parlament seçkilərindən sonra təşkil olunan 26 noyabr mitinqi müxalifətin hakimiyyət iddiasının sonu oldu. Həmin mitinqdən sonra müxalifət daha çox daxili intriqalara zaman ayırır. Hakimiyyət iddiası üçün birliklər yaradılmır, yaradılırsa, həmin birliklərdə səmimiyyət olmur. Xalq da artıq eyni adlardan, verilən vədlərdən doyub. Xalqın iştirak etmədiyi bir siyasi prosesdə isə, qalibiyyət ola bilməz. Proseslərin bu yerə çatmasında hakimiyyətin nə qədər günahı varsa, müxalifət də eyni dərəcədə günahkardır. Bu şəkildə davam edərsə, növbəti 12 ildə də Azərbaycan müxalifəti qonşu ölkələrdəki hakimiyyət dəyişikliklərini seyr etməli olacaq”.

T.Abbaslı gürcü müxalifətinin son mitinqinə də münasibət bildirdi: “Hər mitinq əvvəlki mitinqlərdən çox olmalıdır, özündən sonra hansısa dəyişikliyin əsasını qoymalıdır. Gürcüstanda indiyə qədər keçirilən əksər mitinqlər öz siyasi nəticəsini göstərib. Ona görə də xalq o mitinqlərdə iştirak edirlər. Çünki uğur qazanacaqlarına inanırlar. 5 oktyabr mitinqi bunu bir daha göstərdi. Azərbaycanda isə bunu demək olmaz. Sentyabrdakı mitinqlər bunu göstərdi. 11 sentyabrdakı aksiyada verilən səhv qərar sonrakı mitinqlərin taleyini həll etdi. Azərbaycanda bəlkə də yeni başlayacaq siyasi proseslərin qarşısını aldı”.(musavat.com)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar