Xəbər lenti
İllərlə içi boş hesab edilən məzardan görün nə çıxdı
Avstraliya yayım qurumlarında yer alan xəbərə görə, Sidney Universiteti araşdırmaçıları 150 ildir muzeydə qapalı tutulan taxtın içində mumiya qalıqlarına rast gəlib.
Manevr.az xəbər verir ki, Nicholson Muzeyindən arxeoloq Ceym Fraser keçən il açdıqları bir qəbir yerində tapdıqları mumiyalanmış qalıqların təxminən 2500 il öncəsinə aid olduğunu açıqlayıb.
Qalıqların ayaq sümükləri olduğuna işarə edən Fraser, "daha öncə Misir məzarını heç açmamışdım. Amma bu da ona yaxın bir şeydi. Gördüyümüz şey inanılmaz dərəcədə təəccüblü idi. Nəfəsimizi tutmaqdan başqa bir şey edə bilmədiyimiz bir an idi" dedi.
Məzar soyğunçuları tərəfindən ələ keçirilən mumiyanın kimə aid olduğunu tapmağa çalışdıqlarını deyən Fraser yazılara əsasən mumiyanın eradan əvvəl 600-cü illərdə yaşayan Mer-Neith-it-es adlı bir qadına aid ola biləcəyinə diqqət çəkib. Qadının bir rahibə və ya inanclı biri olduğunu təxmin etdiklərini deyən Fraser eyni zamanda vurğulayıb ki, mumiyalanmış qəbirlərin üzərindəki yazılar heç də hər zaman onun içindəki adama aid olmur. (publika.az)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar