Sizin Reklam Burada
Xəbər lenti
01-03-2025
28-02-2025
BÜTÜN XƏBƏRLƏR

Putini sarsıdan iki məğlubiyyət

Tarix: 27-03-2018 09:09     Baxış: 3482 A- / A+
Putini sarsıdan iki məğlubiyyət


Rusiya Prezidenti Vladimir Putin 2 böyük münaqişədə - Suriya və Ukraynada sarsıdıcı məğlubiyyətlərə məruz qalıb və çətin ki, yaxın vaxtlarda yeni eskalasiyaya getsin.

Manevr.az axar.az istinadən xəbər verir ki, bu sözləri "Apostrof" saytına müsahibəsi zamanı rusiyalı politoloq Andrey Piontkovski deyib. Politoloqun sözlərinə görə, Putin təşkil etməyi çox istədiyi futbol üzrə dünya çempionatının sonuna qədər hər hansı bir qarşıdurmaya getməyəcək.

“Əlbəttə o, dünya çempionatını keçirmək istəyir. Çətin ki, hər hansı münaqişəyə getsin. Çünki Putin əsas istiqamətlər üzrə məğlubiyyətə düçar olduğunu yaxşı başa düşür. Ukraynanı götürək. Hanı onun “Rus dünyası” və “Novorossiya”sı? Bunlar artıq uğursuzluğa düçar olub. Donbas – heç də Putinin arzusunda olduğu şeylər baş vermədi. Yadınıza salın, onun 10-12 Ukrayna əyalətini tutmaqla bağlı “Novorossiya” planı vardı və o, ruslarla ukraynalılar arasında etnik müharibə başlamasına ümid edirdi. O, buna nail ola bilmədi və ağır məğlubiyyətə düçar oldu. Ukraynadakı rus əhalinin əksəriyyəti Ukrayna dövlətinə və onun seçimlərinə sadiq qaldı. Bu, Putinin ilk fundamental məğlubiyyəti oldu.

Suriyaya isə Putin qələbə üçün 3 dəfə ordu yeridib. Lakin amerikalılarla ilk toqquşmada elə bir utancverici məğlubiyyətə uğradı ki, Moskvadan nə döyüş, nə də üç yüz ölü barədə heç bir məlumat verilmədi”, - Piontkovski bildirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar