Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Lavrov, Medvedyev gedir: Putin daha kimləri yola salacaq?

Tarix: 24-03-2018 03:50     Baxış: 3327 A- / A+
Lavrov, Medvedyev gedir: Putin daha kimləri yola salacaq?

Prezident seçkisindən sonra Rusiya hakim dairələrində köklü kadr dəyişiklikləri olacaq.

Politoloq Tofiq Abbasov Putinin formalaşdıracağı yeni hökumətin tərkibində Rusiyanın hazırkı Baş naziri Dmitri Medvedyevin və bir sıra köhnə adların yer almayacağını bildirib.

“Ümumiyyətlə, prezident seçkisindən sonra Rusiya hakim dairələrində köklü və ciddi kadr dəyişiklikləri olacaq. Hətta Rusiya Xarici İşlər naziri Sergey Lavrovun vəzifədən getməsi ilə bağlı son qərarı da Putin verəcək. Əslində, bu, Lavrovun istəyinə də uyğundur. Çünki Lavrov bir neçə dəfə dincəlmək, ailəsi ilə birlikə xaricdə yaşamaq istədiyini bəyan edib. Lavrovun qızı ABŞ-da yaşayır, onların hətta Nyu Yorkda daşınmaz əmlakları da var. Ancaq burada çox önəmli bir məsələ mövcuddur. Belə ki, Rusiya kimi bir dövlətin xarici işlər naziri özündə xeyli dövlət sirrini daşıyır. O üzdən Lavrov könüllü şəkildə istefa versə belə, onun Rusyanı tərk edə biləcəyi sual altındadır. Bu məsələ yəqin ki, dövlət rəhbərliyi səviyyəsində həllini tapacaq”.

Politoloq Rusiyanın bundan sonrakı xarici siyasətinə də nəzər salıb:

“Hazırda Rusiya-ABŞ münasibətlərinin düzəlməsi üçün zəmin yoxdur. Çünki Qərb tərəfindən Rusiyaya qarşı böyük tədbirlər hazırlanır. Britaniya isə bu istiqamətdə birinciliyi əlinə alıb. Skripal olayı ətrafında qalmaqallı vəziyyət, gərginlik davam edir. Britaniya yeni antirusiya koalisiyasını formalaşdırmaqda israrlıdır. NATO üzvü olan ölkələrin koalisiyaya qoşulması prosesi isə başlayıb. Bu baxımdan Rusiya ilə ABŞ və ya Qərbin münasibətlərinin normallaşacağını təxmin etmək yersizdir. Çünki Qərbdə Putinin prezident seçilməsi ilə bağlı piar kampaniyası qaldırılıb və Putinə verilən 16 milyonluq səsdən 10 milyonun saxta olduğu deyilir. Belə bir vəziyyətdə Rusiya-Qərb dialoqunun bərpasını gözləmək olmaz, əksinə qarşıdurma meyilləri güclənəcək”.

Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrovun istefa verəcəyi barədə məlumat yayılıb. axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar