Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Stiven Hokinqin yayımlanmayan məqaləsi paralel kainatların sirrini aça bilər

Tarix: 22-03-2018 19:34     Baxış: 3317 A- / A+
Stiven Hokinqin yayımlanmayan məqaləsi paralel kainatların sirrini aça bilər


76 yaşında həyatını itirən İngilis fizika professoru Stiven Hokinqin nəşr olunmamış bir araşdırma məqaləsinin miras qaldığı ortaya çıxıb.

Bəzi ekspertlərin fikrincə, Stiven Hokinqin bu məqaləsində bəhs edilən yeni nəzəriyyə digər kainatların varlığının sirrini işıqlandıra bilər. İngiltərədə nəşr olunan "Times" qəzetinin xəbərinə görə, Belçikadakı KU Leuven Universitetindən olan nəzəri fizika professoru Tomas Hertoq Stiven Hokinq ilə yazdığı bu məqalənin elmi jurnal tərəfindən qiymətləndirildiyini bildirir.

Manevr.az azedu.az-a istinadən bildirir ki, bu məqalə Stiven Hokinqin 1983-cü ildəki Böyük Partlayış nəzəriyyəsində bəhs etdiyi paralel kainatlar nəzəriyyəsinin daha təkmilləşmiş halıdır. "Sonsuz inflyasiyadan yumşaq çıxış" adı verilən məqalədə çoxlu Böyük Partlayışların izini tapmaq üçün lazım olan kosmik kəşfiyyat vasitələrinin nələrə sahib olmasına dair riyaziyyatçılara yeni fikir verir.
Professor Tomas Hertoq Hokinq ilə birlikdə ortaq bir araşdırma etdiklərini və Hokinqlə işləməklə bağlı son razılığını almaq üçün ölümündən qısa zaman əvvəl görüşdüklərini deyib. Məşhur ingilis nəzəriyyəçi kosmik elmlər, qara dəliklər və kvant fizikası ilə bağlı işləri ilə tanınırdı. Hokinqə 22 yaşında tutduğu xəstəliyə görə yalnız iki il ömrünün qaldığını bildirsələr də o, 76 yaşına qədər elmi işlərini davam etdirdi və bir çox nəzəriyyə və kitablara imzasını atdı.

Hokinq kosmosla bağlı fikirlərini belə ifadə edirdi:
" Yer üzündə həyatın, anidən ortaya çıxacaq bir nüvə müharibəsi,genetik cəhətdən dəyişdirilmiş bir virus kimi fəlakətlər və gedərək artan başqa təhlükələrlə yox olma təhdidi ilə qarşı qarşıya qaldığına inanıram. İnsanoğlunun kosmosa getmədiyi müddətcə bir gələcəyi olduğunu hesab etmirəm. Buna görə də insanları kosmosa maraq göstərməyə təşviq etmək istəyirəm".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar