Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

Gürcüstan qarışır - Tbilisidə Saakaşvili tərəfdarlarının kütləvi aksiyası keçirilib

Tarix: 06-10-2016 09:45     Baxış: 3443 A- / A+
Gürcüstan qarışır


Bu gün Tbilisidə Vahid Milli Hərəkat (VMH) Partiyası seçkiqabağı yekun aksiyası keçirib.

Tədbirdə VMH Partiyasının lideri David Bakradze çıxış edib. O, çıxışında seçiciləri oktyabrın 8-də keçiriləcək parlament seçkilərində səs verməyə çağırıb.

Aksiyada dünən avtomobili partladılan VMH partiyasının lideri, Gürcüstan parlamentinin deputatı Givi Tarqamadze insidentlə bağlı fikirlərini açıqlayaraq hadisənin terror aktı olduğunu bildirib.

Tədbirdə sabiq prezident Mixail Saakaşvilinin həyat yoldaşı, Zuqdidi bölgəsindən parlament seçkilərində deputatlığa namizəd irəli sürülən Sandra Rulofs və digər partiya üzvləri çıxış ediblər. Sandra Rulofs çıxışında Mixail Saakaşvilinin Gürcüstana gəlişindən söhbət açıb. Onun sözlərinə görə, VMH partiyası yenə hakimiyyətə qayıdacaq: “Biz inkişaf prosesinə qayıdacaq və Gürcüstanı gücləndirəcəyik.”

Tədbirdə Mixail Saakaşvilinin video-müraciəti səsləndirilib. O, oktyabrın 8-də baş tutacaq parlament seçkilərini tarixi gün adlandırıb və seçkilərdə qələbə qazanacaqlarına ümid etdiyini qeyd edib. M. Saakaşvili yekun aksiyada canlı şəkildə tədbir iştirakçılarına Gürcüstanın gələcəkdə inkişaf edəcəyini bildirib. Aksiyada işğal olunan torpaqlar barədə müxtəlif şüarlar qaldırılıb. Çıxışlar başa çatdıqdan aksiya iştirakçıları Gürcüstan parlamentinin Tbilisidəki binasınadək yürüş ediblər.

Vahid Milli Hərəkat Partiyasının lideri David Bakradze APA-ya açıqlamasında yüz minlərlə Gürcüstan vətəndaşlarının oktyabrın 8-də qələbə gözlədiklərini bildirib: “Seçkilərdə hamı dəyişiklik gözləyir. Gürcüstan irəliyə hərəkət etməlidir. Ölkəmizin iqtisadiyyatı inkişaf etməlidir. Yeni iş yerləri yaradılmalı, əhali, ailələr firavan həyat sürməlidir. Bu gün bütün seçicilər bunu gözləyir. Biz də bu seçkilərdə qələbəmizi gözləyirik. Bizimlə birlikdə yüz minlərlə Gürcüstan vətəndaşı da bu qələbəni gözləyir,” - D. Bakradze bildirib. (APA)


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar