Sizin Reklam Burada
Xəbər lenti
31-01-2026
BÜTÜN XƏBƏRLƏR

“Putin lider yox, diktatordur” - Sərt ittihamlar

Tarix: 05-10-2016 20:01     Baxış: 4539 A- / A+

“Putin lider yox, diktatordur”


Demokratlar partiyasından ABŞ vitse-prezidentliyinə namizəd Tim Keyn Rusiya prezidenti Vladimir Putini “diktator” adlandırıb.

Manevr.az xəbər verir ki, bu barədə Keyn respublikaçılardan olan rəqibi Maykl Penslə debatı zamanı bəhs edib. Jurnalistin “ABŞ və Rusiya arasındakı münasibətlərin pozulmasına nə səbəb oldu?” sualının cavabında Keyn Putinin adını çəkib. Həmçinin əlavə edib ki, Rusiya prezidenti lider yox, diktatordur.

“Əksini deyən hər kəs Rusiya tarixini bilmir və Vladimir Putini tanımır. Hillari Klinton onun kim olduğunu dəqiq bilir”, - deyə Demokratlardan vitse-prezidentliyə namizəd bildirib.

Keyn onu da əlavə edib ki, ABŞ prezidentliyinə Respublikaçılar partiyasından namizəd Donald Tramp və onun silahdaşı Maykl Pens Putini tərifləyirlər. Maykl isə öz növbəsində buna etiraz edib. Baxmayaraq ki, respublikaçıların namizədi bundan öncə Putinin Rusiyadakı liderliyinin ABŞ prezidenti Barak Obamanın öz ölkəsindəki liderliyindən daha güclü olduğunu qeyd etmişdi.(aznews.az)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar