Xəbər lenti
Baş nazir öz qızına 3 il boyunca işgəncə etdirib

Dövlət başçısının köməkçisi və baş nazir Məhəmməd ibn Rəşid Devlet əl Məktumun qızı Lətifə, 3 il boyunca həbsxanada qaldığını və atasının ona işkəncə verdiyini iddia edib.
O, bir fransız agenti tərəfindən qaçırılaraq qurtulduğunu söyləyib. "Daily Mail" qəzetinin xəbərinə görə, 33 yaşındakı gənc qadın indi Cənubi Hind okeanında bir yaxtada saxlanılır. Dövlət başçısının köməkçisi və baş nazir Məhəmməd ibn Rəşid Devlet əl Məktumun qızı Şahzadə Lətifə çəkdiyi videolarda ailəsinin və atasının ona etdiyi işgəncələri anladıb:
"Bizim əlimizdə sizin sandığınız kimi heç bir azadlıq olmayıb. Küçəyə çıxmaq qadağan idi. Saraydan çıxanda nəzarət altında idim və müəyyən bir saatdan sonra evə dönməli idim. Anam məndən (hər gün nə etdiyimə dair) izahat alırdı. Şoferdən hara getdiyimi öyrənirdi. Şofer bu məlumatları, həm də atamın ofisinə göndərirdi".
İlk dəfə 16 yaşında qaçmaq istəyən prenses Lətifə, bu məqsədinin uğursuzluğundan sonra dəfələrlə işkəncəyə məruz qaldığını söyləyib. O, 3 il 4 ay boyunca həbsdə qaldığını və həbsdən çıxdıqdan sonra isə ona şəxsi pasport verilmədiyini söyləyib. O, həmçinin 2000-ci ildən bu yana xaricə səyahət etmədiyini, maşın sürmək icazəsi olmadığını və bütün hərəkətlərinin izləndiyini anladıb. moderato.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar