Sizin Reklam Burada
Xəbər lenti
08-11-2026
07-11-2026
06-11-2026
BÜTÜN XƏBƏRLƏR

Azarkeşə tüpürdüyünə görə 1 milyonluq işindən oldu

Tarix: 13-03-2018 18:01     Baxış: 3364 A- / A+
Azarkeşə tüpürdüyünə görə 1 milyonluq işindən oldu


"Liverpul"un keçmiş müdafiəçisi Ceymi Karrager çalışdığı "Sky Sports" telekanalından qovulub.

Manevr.az goal.az-a istinadən xəbər verir ki, buna səbəb sabiq müdafiəçinin İngiltərə Premyer Liqasının "Mançester Yunayted" - "Liverpul" oyunundan (2:1) sonra ona söz atan mançesterli azarkeşə tüpürməsi olub. Belə ki, oyundan sonra MU azarkeşlərindən birinin ard-arda oyunun nəticəsini təkrarlamasından əsəbiləşən Karrager, maşının şüşəsini endirərək, ona tərəf tüpürüb. Bu anlar videokameranın yaddaşına köçüb. Azarkeşin yanında 14 yaşlı qızının da olması, hadisəni daha da böyüdüb.

İngilis futbol azarkeşləri Karragerin hərəkətinə kəskin etiraz edərək, sabiq futbolçunun "Sky Sports" kanalından qovulmalı olduğunu bildiriblər. Bundan sonra kanal daxilində iclas keçirilib və Karragerin qovulması barədə qərar qəbul olunub.

İngilis sabiq müdafiəçi kanalda illik 1 milyon funt-sterlinq maaş alırdı.

Karrager həmçinin, Çempionlar Liqasının bu gün keçiriləcək "Mançester Yunayted" - "Sevilla" oyununda Danimarkanın "Danish TV" telekanalından şərhçilik etməli olsa da, hadisədən sonra o, bu işindən də olub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar