Xəbər lenti
Putinin helikopteri necə atəşə tutuldu? - Gizli tarix

Rusiya Prezidenti Vladimir Putin haqqında çəkilən “Putin” filmində o zaman Çeçenistanda özünün də olduğu helikopterin atəşə tutulmasından danışıb.
2000-ci ilin dekabrın 31-i gecəsi prezident səlahiyyətlərini icra edən Putin hərbçiləri Yeni il münasibətilə təbrik etmək və onları tətlif etmək üçün Çeçenistana yollanıb.
Belə ki, filmdə Ramzan Kadırov Putini ilk dəfə elə həmin vaxt gördüyünü deyib:
“Yeni il gecəsi gördüm ki, o, hərbçilərin bayramını təbrik etmək üçün Qudermesə gəlib. Bizim üçün, respublika üçün qorxulu günlər idi. Helikopter enə bilmədi”.
Daha sonra filmin yaradıcısı Andrey Kondraşov bildirir ki, helikopterin enməsinə rəsmi səbəb kimi əlverişsiz hava şəraiti göstərilsə də, əsas səbəb helikopterin atəşə tutulması olub.
“Mən düşündüm ki, fişəng atılır. Axı yeni il gəlir. Lakin pilotlar dedi: Nə fişəng, bizi atəşə tuturlar”, - deyə Putin filmdə bildirib.(Axar.az )
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar