Xəbər lenti
“Porsche” uçan avtomobil buraxacaq
Almaniyanın məşhur "Porsche" avtomobil konserni hava yolu ilə insanların daşınması üçün pilotsuz aparatlar istehsal etməyi nəzərdən keçirir.
Manevr.az lent.az-a istinadən xəbər verir ki, bunu şirkətin satış üzrə direktoru Detlev fon Platen "Automobilwoche" dərgisinə müsahibəsində deyib.
Top menecer bildirib ki, bu tip dronlarla şirkətin baş ofisinin yerləşdiyi Ştutqartın Zuffenhauzen rayonundan şəhərin hava limanına 3,5 dəqiqəyə getmək olar. Hazırda isə avtomobillə bu yolu 30 dəqiqəyə getmək olur.
Artıq şirkət yaxın vaxtlarda yeni nəqliyyat vasitəsinin eskizlərini təqdim edəcək. Söhbət sərnişinlərin sərbəst idarə edə biləcəyi dronlardan gedir.
""Porsche" avtomobilini siz özünüz idarə edirsiniz. Dronları da idarə edə bilərsiniz, özü də pilot lisenziyası lazım olmadan. Çünki aparat özü bir çox şeyi müstəqil yerinə yetirəcək", - deyə Detlev fon Platen söyləyib. O, bu cür hava taksilərinin əhalinin sıx yaşadığı yerlərdə istifadəsini də mümkün sayıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar