Xəbər lenti
Məşhur fahişə Putinlə Trampın başına bəla ola bilər (FOTO)
Belarusdan olan fahişə Anastasiya Vaşukeviç Taylandda saxlanıldığı həbsxanadan ABŞ mediasına və siyasətçilərinə müraciət edərək ABŞ-Rusiya istintaq prosesi ilə əlaqədar məlumatlara sahib olduğunu deyib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Nastya Ribka ləqəbindən istifadə edən və özünə "seks müəllimi" deyən Vaşukeviç ötən il Moskvanın mərkəzində cinsi əlaqəyə girdiyi üçün həbs edilmiş və 1 həftə həbsxanada saxlanılmışdı. Bu ilin əvvəlində isə qadının yaxtada çəkdiyi video dünya mediasının gündəminə düşdü. Görüntülərdə Vaşukeviçin Rusiya prezidenti Vladimir Putinə yaxın oliqarx Oleq Deripaska ilə birlikdə səmimi anları yer alıb. Baş nazirin köməkçisi Sergey Prixodko da videoda görünür.
Anastasiya Vaşukeviçin Putinə müxalif iş adamı Aleks Lesley tərəfindən iqtidar yönümlü oliqarx və siyasətçiləri yoldan çıxartmaq üçün istifadə edildiyi iddialar arasındadır. Qadının 2016-cı ildə çəkdiyi görüntüləri tapıb ictimaiyyətə təqdim edən də Putinə müxalif siyasətçi Aleksey Navalnıdır.
Anastasiya Vaşukeviç ABŞ mediası və rəsmilərinə müraciəti ilə yenidən gündəmə qayıdıb. Fahişəlik ittihamı ilə Taylandda həbsdə olan qadın azad edilməsini və qarşılığında vacib informasiyalar paylaşacağını bildirir.
Rusiya ABŞ-dakı seçkilərə müdaxilədə ittiham edilir və bu səbəbdən uzun müddətdir ki, istintaq prosesi aparılır. Qadının yaxın olduğu iddia edilən oliqarx Deripaska həm də ABŞ prezidenti Donald Trampın seçki meneceri Paul Manafortun sabiq müdiridir. "Instagram"da canlı yayıma çıxan Vaşukeviç bu əlaqələri vasitəsilə vacib informasiyalara sahib olduğunu dilə gətirib və ABŞ-Rusiya istintaq prosesindəki vacib detal olduğunu vurğulayıb.
ABŞ və Rusiya məsələ ilə bağlı hələlik heç bir açıqlama ilə çıxış etməyib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar