Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənilərin Avropa Parlamentində keçirdiyi tədbir iflasa uğradılıb

Tarix: 28-02-2018 05:57     Baxış: 2298 A- / A+
Ermənilərin Avropa Parlamentində keçirdiyi tədbir iflasa uğradılıb

Fevralın 27-də erməni diaspor təşkilatlarının Avropa Parlamentində keçirdiyi tədbir azərbaycanlı gənclərin səyləri nəticəsində iflasa uğradılıb.

Sırf propaqanda xarakteri daşıyan tədbirdə erməni millətçiləri və işğalçı rejimin təmsilçiləri ilə birgə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etmiş Avropa Parlamentinin deputatı Lars Adaktusson, tanınmış ermənipərəst S. Markedonov və digər bu kimi “müstəqil mütəxəssislər” iştirak ediblər.

Tədbir zamanı çıxışçıların gülünc fikirlərinə etiraz əlaməti olaraq, azərbaycanlı gənclər “Xocalıya ədalət” şüarının əks olunduğunu plakat qaldırıblar. Tədbirin təşkilatçıları Azərbaycanlı gənclərə hücum çəkərək kobudcasına plakatı onların əllərindən almağa çalışıb, çaxnaşma yaradıblar.

Zalda olan azərbaycanlı gənclərin çıxışlarında Xocalı soyqırımını törətmiş, azərbaycanlılara qarşı etnik təmizləmə aparmış Ermənistanın münaqişədə işğalçı mövqeyi ifşa edilib, bu səpgidə suallar ünvanlandırılıb. Tədbirin gedişatının ermənilərin nəzarətindən çıxdığını görən təşkilatçılar hətta onun sosial şəbəkələr vasitəsilə canlı yayımını dayandırmağa məcbur olublar.

Beləliklə, erməni diasporunun Avropa Parlamentinin binasında keçirilmiş “yığıncağını” beynəlxalq konfrans kimi təqdim etmək cəhdləri vətənpərvər Azərbaycan gənclərinin mütəşəkkil səyləri sayəsində tam iflasa uğrayıb.qafqazinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar