Xəbər lenti
Prezident polisləri biabır etdi: Mən silahsız da olsam...
Florida ştatının Parklənd şəhərində məktəblərin birində baş verən faciəni dayandırmaq üçün şəxsən mən silahsız da olsa müdaxilə edərdim.
Bu sözləri ABŞ Prezidenti Donald Tramp qubernatorlarla görüşündə deyib.
“Əgər bunu sınaqdan keçirməsən, nə olduğunu bilməzsən. Lakin mən silahsız belə olsaydım, faciəni dayandırmaq üçün o məktəbə daxil olardım. Məktəbin mühafizə xidməti və hüquq-mühafizə orqanları cinayətkarı dayandırmaq üçün heç nə etməyib. Hadisə yerinə gələn polislər “Şərəf medalı”na həqiqətən layiq deyil. Bu, açıq-aşkar iyrənclikdir və böyük biabırçılıqdır”, - deyə Ağ Ev rəhbəri hüquq-mühafizə orqanlarının əməkdaşlarını sərt şəkildə tənqid edib.
Xatırladaq ki, fevralın 14-də Florida ştatındakı Marcori Stounman Duqlas məktəbində 19 yaşlı Nikolas Kruz tərəfindən üç dəqiqə ərzində törədilmiş silahlı insident nəticəsində 17 nəfər həlak olub, 14 nəfər yaralanıb. N.Kruz bu qanlı qırğını “AR-15” avtomat tüfəngi ilə törədib.axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar