Sizin Reklam Burada
Xəbər lenti
01-03-2025
28-02-2025
BÜTÜN XƏBƏRLƏR

Energetika naziri istefa verib...

Tarix: 24-02-2018 04:58     Baxış: 3312 A- / A+
Energetika naziri istefa verib...
Bolqarıstanın energetika naziri Temenujka Petkova istefa verib.

Buna səbəb ölkənin iri enerjipaylayıcı şirkəti olan “CEZ”in səhmlərinin xanım nazirin yaxın tanışı olan “İnerkom Bolqarıstan” şirkəti tərəfindən alınması olub.

“Mən bu insanları 20 ildir ki, tanıyıram. Aramızda olan münasibətlərin şərhə və ya hər hansı bir şübhənin yaranmasına səbəb olacaq əsaslara yol verməmək məqsədilə, baş nazirlə danışıb istefa verməyi qərara almışam”, – deyə xanım nazir bildirib. O, əlavə edib ki, alıcının seçim proseduru Çexiya Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilib və bu da sövdələşmədə Bolqarıstan tərəfinin müdaxiləsinə şübhə yaratmır.

Hazırda Belçikada səfərdə olan baş nazir Boyko Borisov məsələyə münasibət bildirərək deyib ki, ölkədə hökumətin nüfuzuna xələl gətirə biləcək istənilən təsirin qarşısını almaq məqsədilə energetika nazirinin istefasını qəbul edəcək.

Xatırladaq ki, Çexiya Respublikasının “ÇEZ” şirkəti aktivlərinin “İnterkom Bolqarıstan” tərəfindən alınması ilə bağlı təqribən 320 milyona avro dəyərində sövdələşmə imzalayıblar. Bolqarıstanın qərbində 2 milyon abonentə xidmət göstərən “CEZ” ölkədə ən böyük enerjipaylayıcı şirkətdir.report.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar