Xəbər lenti
Türkiyə Moldovada Prezident sarayının təmirinə 7 milyon avro ayırıb

Türkiyə Moldovanın paytaxtı Kişinyovda yerləşən Prezident sarayının təmirinə 7 milyon avro ayırıb.
Manevr.az Şərqi Avropa bürosu xəbər verir ki, bu gün başlanılacaq təmir-bərpa işlərinə ölkə prezidenti İqor Dodon və Türkiyənin Moldovadakı səfiri Hülusi Kılıçın iştirakı ilə start veriləcək.
İşlərin bu ilin mayında yekunlaşacağı bildirilir. Binanın açılışı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Moldovaya səfəri zamanı nəzərdə tutulur.
İki ölkə arasında Prezident Sarayının yenidənqurması ilə bağlı razılıq ötən ilin iyulunda əldə edilib və rəsmi Ankara təmir xərclərini öz üzərinə götürüb.
2009-cu ildə Moldovada dövət çevrilişinə cəhd zamanı baş verən iğtişaşlar zamanı bina zadələnib. Maliyyə imkanlarının olmaması səbəbindən təmir-bərpa işləri 2011-ci ildən bəri dayandırılıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar