Xəbər lenti
"Sarkisyan heç nə edə bilmir, o getməlidir" - Akademik Aqanbekyan
Bu günlərdə Ermənistanın yeni baş naziri Karen karapetyanın dəvəti ilə məşhur alim, iqtisadçı, Rusiya hökuməti yanında Xalq Təsərrüfatı Akademiyasının rektoru, yenidənqurma illərində Sov.İKP MK baş katibi M.S.Qorbaçovun iqtisadi məsələlər üzrə köməkçisi, Rusiya Elmlər Akademiyasının akademiki Abel Aqanbekyan Yerevanda olub.
Səfəri çərçivəsində Aqanbekyan Ermənistan prezidenti Serj Sarkisyanla da görüşüb.
Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, Ermənistanın baş naziri tərəfindən dəvət edilsə də, jurnalistlərlə söhbətində Aqanbekyan Sarkisyan hakimiyyəti və ölkənin indiki vəziyyəti ilə bağlı heç bir nikbin fikir söyləməyib. Onun Ermənistan nəşrlərindən birinin əməkdaşı ilə söhbətindən qısa hissəni diqqətinizə çatdırırıq:
“Serj baş nazir olduğu dövrdə Ermənistan iqtisadiyyatının vəziyyəti kritik idi və o məndən soruşmuşdu: “Nə etməli?” Mən ona bildirmişdim ki, ilk növbədə bir sadə problemi həll etmək lazımdır. Ermənistanda vəziyyətdən baş çıxara biləcək yüksək səviyyəli peşəkarların olmadığını nəzərə alaraq, bütün dünyadan, Rusiyadan, Avropadan, ABŞ-dan 10-11 ən yaxşı mütəxəssisi dəvət etməli və ən problemli sahələri onların ixtiyarına verməlidir. Mən ona dedim: “Siz ən yaxşı insanları tapmalı, onlar üçün bütün şəraiti yaratmalısınız, onlar isə əvəzinizə hər şeyi edəcəklər”.
- Bu nə vaxt olub?
- Zənnimcə, 2008-ci ildə.
- Bəs indiki vəziyyətdə siz ona nəyi məsləhət görərdiniz?
- Getməyi. O göstərdi ki, heç nə edə bilmir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar