Xəbər lenti
Antarktidadakı donmayan “Qanlı şəlalə”nin SİRRİ
Antarktida materikində illərdir alimləri maraqlandıran “Qanlı şəlalə”nin sirri tapılıb.
Manevr.az xəbər verir ki, qan rəngində qırmızı su şəklində axan şəlalənin yaşı milyon ildən artıqdır.
Qeyd edək ki, qan kimi qırmızı şəlalə Teylor buzlağından çıxaraq quru Mak-Medro dərəsinə axır. Dəmirlə zəngin olan duzlu su kiçik çatdan çıxır. Şəlalənin mənbəyi 400 metr dərinlikdə yerləşən buzaltı göldür. Bu göl dağ arası dərələrin dəniz suyu ilə dolması nəticəsində əmələ gəlir.
Daha bir maraqlı fakt da odur ki, ətraf buzlaqlar olduğu halda bu şəlalə heç vaxt donmur. Bunun səbəbi isə göl suyunun duzluluğunun okean suyunun duzluğundan 10 dəfə artıq olmasıdır.
Qırmızı su mənbəyi 1911-ci ildə avstraliyalı Tomas Teylor tərəfindən kəşf edilib. İlk əvvəllər suyun qırmızı olması qırmızı yosunla əlaqəli olduğu düşünülsə də sonradan paslanmış dəmir olması müəyyən edilmişdi. Göldən axan su qrunt tərkibində olan dəmirin oksidləşməsi nəticəsində əmələ gəlir./publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar