Xəbər lenti
Tillersonun Ankaraya verdiyi təklifin PƏRDƏARXASI - Abdullah Öcalan və...
ABŞ PKK lideri Abdullah Öcalanı və Qəndil rəhbərliyini silib.
Manevr.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Reks Tillersonun Türkiyəyə “PYD PKK-ya qarşı vuruşa bilər” təklifini şərh edən ehtiyatda olan türk polkovnik Ünal Atabay deyib.
Atabayın sözlərinə görə, ABŞ Qəndilə uzun müddətdir rəhbərlik edən heyəti silməyi və qruplaşmanın Suriya qolu olan, daha çox yoxlamara məruz qalan YPG-nin daxilində yeni bir PKK-nın yaradılmasını planlaşdırır. Ağ Ev bu planın ilk addımlarını hələ oktyabr ayında ataraq Öcalanın “hörmətə layiq olmayan” şəxs olduğunu açıqlayıb. Bu açıqlama Qəndil rəhbərliyi və Öcalanla münasibətlərin davam etdirilməyəcəyi istiqamətində mesaj olub.
“YPG-nin PKK-ya qarşı döyüşdürülməsini sadəcə olaraq terror qruplaşmasının rəhbərliyinə qarşı addım kimi qiymətləndirmək lazımdır. Qruplaşmanı aradan qaldırmaq kimi bir niyyətləri olmayacaq. Əksinə, 4 ölkədəki silahlı qrupların (HPG-Türkiyə, YPG-Suriya, PJAK-İran, PÇDK-İraq) strukturu mühafizə edilərək YPG nəzdində yeni ad altında yeni bir PKK yaradılması istənilir”, - Atabay bildirib.
Atabay həmçinin Vaşinqtonun PKK üzərində nəzarəti YPG qədər dərinləşdirə bilmədiyini və əməkdaşlıq edəcəyi yeni liderlər axtardığını bildirib.
Qeyd edək ki, ABŞ Dövlət katibi Reks Tillersonun YPG-PKK ilə bağlı açıqlamasına cavab olaraq Türkiyə Menbiçdə birgə fəaliyyət göstərməyi təklif etmişdi.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar