Xəbər lenti
Üzünə maska taxıb 17 nəfəri öldürdü -dəhşətli qətliamın TƏFƏRÜÜATLARI
17 nəfərin ölümü, 50 nəfərin yaralanması ilə nəticələnən dəhşətli cinayətin bəzi təfərrüatları üzə çıxıb.
ABŞ-ın Florida Ştatının cənubundakı Parklandda "Marjory Stoneman Duqlas" məktəbində baş verən silahlı hücumda ən az 17 adam həyatını itirib, 50-dən çox insan da yaralanıb.
Qatilin məktəbin keçmiş tələbəsi 19 yaşlı Nikola Cruz olduğu açıqlanıb. Tələbələrin hadisəni təlim zənn etdiyi, ancaq sonradan hadisənin mahiyyətini anladıqları üzə çıxıb.
50-dən çox yaralının olduğu hadisədə ölü sayının artmasından narahatlıq duyulur.
Qatil keçən il məktəbdən qovulubmuş.
Cani gəncin hücumu "AR-15" tipli tüfənglə həyata keçirdiyi və evində geniş silah anbarının olduğu bildirilir.
Ölümdən xilas olan tələbələrdən biri "Yanğın həyəcanının zəngi çalanda bayıra çıxdıq. Sonra uşaqları qaçarkən gördük" sözləri ilə yaşadıqlarını danışdı.
Digər tərəfdən, Amerika mediasına açıqlama verən Broward Dövlət Məktəbləri rəhbəri Robert Runcie, "çox sayda" ölü olduğunu dilə gətirdi, ancaq rəsmilərin araşdırması nəticəsində dəqiq sayının ortaya çıxacağını ifadə etdi.
Yerli vaxtla günortadan sonra meydana gələn hücumun ardından polisin hadisəyə dərhal müdaxilə etdiyi, hadisədən sonra liseyin bağlandığı və bütün tələbələrin müvəqqəti dərslərdən azad edildiyi açıqlanmışdı.
ABŞ Prezidenti Donald Tramp isə hadisəyə reaksiyasını "Twitter"də göstərdi. Tramp, "Dualarım və başsağlığı arzularım Floridada baş verən dəhşətli silahlı təcavüzünün qurbanları və ailələri ilə birlikdədir. Heç bir uşaq, müəllim, ya da başqa kimsə Amerika məktəblərində özünü inamsız hiss etməməlidir" deyə yazıb.metbuat.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar