Xəbər lenti
Yaralı əsgərləri NARKOTİKLƏ MÜALİCƏ edəcəklər

Hərbi xidmət zamanı psixoloji travma alan hərbçilər ekstaz narkotik maddəsinin əsas tərkib hissəsi olan MDMA ilə müalicə ediləcək.
Mütəxəssislərə görə, bu maddə insanları daha ünsiyyətcil edir, qorxu və panikanın qarşısını alır. MDMA sayəsində əsgərlər yaşadıqları travmanı rahat şəkildə dilə gətirirlər.
Hollandiyada preparatdan istifadənin nəticələrini tədqiq edən şəxslərdən olan Leyden Universitetinin psixotravmatologiya mütəxəssisi Erik Vermetten bu dərmanın travma sonrası stress pozğunluğunu 83% müalicə etdiyini vurğulayır. Hollandiyalı mütəxəssis tədqiqatın son mərhələsində olduqlarını, nəticələrin müsbət çıxacağı təqdirdə 2021-ci ildə MDMA-in dərman kimi təqdim ediləcəyini qeyd edib.
Narkotik maddə asılılığı üzrə mütəxəssis Robert van de Qraaf isə bu məsələdə psixiatrların tədris prosesinə cəlb edilməsini vacib hesab edir. İnsanlar bu dərmandan istədikləri qaydada istifadəyə cəhd etsələr, mənfi nəticələr ortaya çıxa bilər.
Qeyd edək ki, tədqiqat prosesi ABŞ mütəxəssisləri ilə birlikdə aparılır. ABŞ və Avropalı əsgərlər sınaq prosesində iştirak edirlər./qaynarinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar