Xəbər lenti
Sarkisyanın arzusu - dili ilə özünü bəlaya saldı
Serj Sarkisyan hələ uzun illər baş nazir postunda Ermənistanı idarə etməyi planlaşdırır. Bu günlərdə Ermənistan prezidenti 7 illik proqramı təqdim edib. Burada ordunun radikal şəkildə müasirləşdirilməsi, hərbi xərclərin artırılması nəzərdə tutulub. Bu il xərcləri 17,6 faiz, 2 il sonra isə daha çox artırmaq planlaşdırlır.
Amma erməni jurmalistlər daha çox diqqəti bir məqama çəkirlər - niyə Sarkisyanın bu müasirləşməsi düz 7 il davam etdir və hansı kriteriyalar əsas götürüb?. Bəlli olub ki, Sarkisyan hələ 7 il ölkədəki hakimiyyətini saxlamaq niyyətindədir.
Eyni zamanda "Jamanak" qəzeti bildirir ki, hakim partiyanın yaxın günlərdə iclası olacaq. Guya bu iclasda Sarkisyanı yeni baş nazir olmağa inandırmağa çalışacaqlar. İş ondadır ki, öz boşboğazlığına görə Sarkisyan özü özünü dalana salıb. 4 il öncə o bəyan edib ki, konsitutsiya dəyişikliyindən sonra baş nazir postuna namizədliyini irəli sürməyəcək, sadəcə dincələcək. Görünür ki, bu açıqlamasından sonra o bütün respublikanın ağlaşama quracağını, ona ölkəni idarə etmək üçün yalvaracağını gözləyib. Amma bu baş vermədi. Hələ üstəlik insanlar küçələrə çıxaraq Sarkisyanın getməsni tələb etdilər. Bunun üçün də belə oyun qurulub. Partiya üzvləri toplaşacaq, ondan xahiş edəcək. Sarkisyan da hər zaman ictimai maraqları şəxsi qazancından öndə tutan biri kimi baş nazir olmağa razılaşacaq.
Bu arada statistika iqtisadi vəziyyətin gün-gündən pisləşdiyini deyir. Ermənistana gətirilən məhsulların sayı çıxarılandan çoxdur. Statistika iddia edir ki, ticarət balansındakı defisit Ermənistan üçün çox qorxulu səviyyədədir – 3 milyard dollar. Beynəlxaq Valyuta Fondu da xəbərdarlıq edir ki, bank sistemi can üstündədir. Buna işsizlik, yoxsulluq, qiymətlərin kəskin artımı, güclənən miqrasiya əlavə ediləndə isə nəyin baş verəcəyini bilmək elə də çətin deyil. Bu yay insanlar yenidən meydanlara çıxacaq. Tələbləri isə yeganə olacaq - "Serjik get, həmişəlik!".sonxeber.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar