Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Almaniyada Hitler, burada mən...” - Prezident 3 milyon narkoman öldürmək istəyir

Tarix: 30-09-2016 11:11     Baxış: 4460 A- / A+
“Almaniyada Hitler, burada mən...”


Filippin prezidenti, hakimiyyətə gələn kimi narkotacirləri göründükləri yerdə güllələmək əmri verən Rodiqo Duterte özünü nasist Almaniyasının füreri Hitlerlə müqayisə edib.

Manevr.az xəbər verir ki, Duterte ölkədəki bütün narkomanların və narkotik alverçilərinin kökünü “məmuniyyətlə kəsməyə hazır olduğunu” deyib.

22 il mer işlədiyi Davao şəhərinə baş çəkən Duterte çıxışında deyib ki, tənqidçiləri onu “Hitlerin qohumu” adlandırırlar. Hitlerin bir milyon yəhudini öldürdüyünü xatırladan Duterte bildirib ki, Filippində 3 milyon narkoman var. “Mən onların hamısını öldürməkdən xoşbəxt olardım”-o bildirib. “Əgər Almaniyanın Hitleri olubsa Filippinin də var...”-Duterte əli ilə özünü işarə edərək əlavə edib.

Filippin prezidentinin bu çıxışı ABŞ-dakı yəhudi təşkilatlarını şoka salıb. Onlar bildiriblər ki, Duterteyə qarşı sərt mövqe tutması üçün Vaşinqtona təzyiq edəcəklər.

“Almaniyada Hitler, burada mən...”

Duterte Filippini bürümüş narkomaniyaya qarşı qəddar mübarizə vədləri ilə bu ilin mayında hakimiyyətə gəlib. Səlahiyyətlərinin icrasına iyul ayından başlayıb və həmin vaxtdan Filippin polisi, habelə “xalq drujinaçıları” adlanan mülki silahlılar küçələrdə minlərlə narkotaciri güllələyiblər. Ölüm qorxusu yüz minlərlə narkotaciri polisə təslim olmağa məcbur edib. Beynəlxalq ictimaiyyət Dutertenin qəddar mübarizə metoduna qarşı tənqidlərlə çıxış etsələr də Filippin prezidenti onlara söyüşlə cavab verir. Məsələn, o, ABŞ prezidenti Barak Obamanı “qancıq oğlu” adlandırıb.

İndiki Filippin prezidenti cinayətkarlıqla bu cür mübarizə üsulunu Davao şəhərində mer işləyəndə mənimsəyib. Duterte mütəşəkkil cinayətkar qruplaşmalarla mübarizə aparmaq üçün onların əsas fəallarını killerlərin köməyi ilə aradan götürürdü və ya sui-qəsdlər təşkil edirdi. Bu yolla Davao şəhərində kriminalla bağlı olduğu hesab edilən mindən çox adam öldürülüb. Duterte prezident olandan sonra polisin və "xalq drujinaçıları"nın öldürdüyü narkotacirlərin sayı isə 6-7 mini keçir. Hərçənd ki, öldürülənlər arasında günahsız insanların da yer aldığı haqda məlumatlar var.(virtualaz.org)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar