Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Doğulandan 7 ildir böyrəklərsiz yaşayır - TİBBDƏ ŞOK

Tarix: 29-01-2018 15:59     Baxış: 4335 A- / A+
Doğulandan 7 ildir böyrəklərsiz yaşayır - TİBBDƏ ŞOK


Bu uşaq doğulandan 7 ildir böyrəklərsiz yaşayır.

ABŞ-da yaşayan İsmael Reyes autosom-resessiv polikistoz xəstəliyindən əziyyət çəkir. 25.000 uşaqda rast gəlinən bu genetik xəstəlikdə böyrək yerində iri kistalar formalaşır ki, onlar sürətlə böyüyüb, orqanın sıradan çıxmasına səbəb olur. Əgər hər iki valideyndə PKHD1 genlərinin mutasiyası varsa, onların uşağında bu xəstəliyin olması ehtimalı 30%-dir. Adətən bu xəstəlikdə uşaqlar doğulandan 1 yaşa kimi yaşayıb ölürlər.
İsmayelin diaqnozu o hələ ana bətnində ikən qoyulmuşdu. Yarımçıq doğulmuş körpə hələ reanimasiyada ikən böyrəkləri fəaliyyətini dayandırdı. Getdikcə böyüyən kistalar uşağa nəfəs almaq və yeməyə mane olurdu. Ona görə əməliyyatla onlar götürüldü. Uşağın bu qədər müddət yaşaması möcüzədir. Hazırda 7 yaşı olan İsmayel həftədə 3 dəfə dializ prosedurundan keçir. Həkimlər onun bu qədər müddət yaşayacağına inanmırdılar. 3 yaşında donor böyrəyi köçürülməsi ərəfəsində uşağın qida borusunda infeksiya yayıldı və o septiki şoka girir. Bu illər ərzində danışma, eşitmə qabiliyyətini itirmiş uşağın qaraciyəri də sıradan çıxıb. 2017-ci ildə nəhayət ki, uyğun donorlar tapıldı və həkimlər böyük riskə gedərək, eyni vaxtda həm böyrək, həm də qaraciyər transplantasiyası etdilər.
Əməliyyatdan sonra İsmayelin vəziyyəti yaxşılığa doğru gedir: uşaq arıqlayır, sidiyə gedir, yeyir və gülür. Ailəsi bu Yeni ili evdə birgə keçirəcəklərinə ümid edir./medicina.az

Manevr.az


Doğulandan 7 ildir böyrəklərsiz yaşayır - TİBBDƏ ŞOK

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar