Sizin Reklam Burada
Xəbər lenti
12-11-2025
11-11-2025
BÜTÜN XƏBƏRLƏR

Timoşenko yeni Maydan hərəkatına başlayır

Tarix: 29-09-2016 18:15     Baxış: 3522 A- / A+
Timoşenko yeni Maydan hərəkatına başlayır

Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonun rəhbərlik etdiyi “Batkivşina” partiyası payızda Kiyevin mərkəzindəki Maydanda genişmiqyaslı etiraz aksiyaları keçirməyi planlaşdırır.

Manevr.az xəbər verir ki, bu barədə “Apostrof” nəşri məlumat yayıb. Bildirilir ki, etiraz aksiyalarında kommunal xidmətlərin yüksək tariflərinə etiraz olunacaq. Tomişenkoya dəstək verən ictimai təşkilatlar aksiyaların kütləviləşməsi üçün 500-ə qədər çadır alıb. Xəbərə görə, onlar oktyabrın 1-nə hazırlaşırlar. Aksiyaların noyabr və dekabrda da keçirilməsi nəzərdə tutulub. Gələcəkdə etiraz aksiyalarının əsas tələbi vaxtından əvvəl parlamentlər və prezident seçkiləri ilə bağlı olacaq.

“Batkivşina” lideri vaxtaşırı qüvvədə olan Ukrayna hakimiyyətini tənqid edir. O, sentyabrın 19-da bildirib ki, Lvov sakinləri Maydan hərəkatı nəticəsində Ukraynada hakimiyyətə gəlmiş siyasətə görə məyus olub. Siyasətçinin fikrincə, ukraynalılar Kiyev hakimiyyətinin indiki siyasi sistemini soyqırım hesab edir.

Qeyd edək ki, Maydan hərəkatı 2013-cü ilin sonu 2014-cü ilin əvvəlində paytaxt Kiyev və Ukraynanın başqa şəhərlərində baş verib. Kütləvi aksiyalar nəticəsində ölkədə hakimiyyət zorakı yolla dəyişdirilib. Bu aksiyalar ölkə prezidenti Viktor Yanukoviçin qaçışına gətirib çıxarıb. Hadisələr zamanı 106 insan həlak olub.Teleqraf.com

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar