Xəbər lenti
Bu tarixdə Rusiyaya müharibə ELAN EDİLƏCƏK - GÜNLƏR QALDI
“VTB Bank”ın prezidenti, idarə heyətinin sədri Andrey Kostin ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarını müharibə elanı ilə müqayisə edib.
Publika.az “Financial Times” nəşrinə istinadən xəbər verir ki, bankir belə bəyanatla Davos Ümumdünya iqtisadi forumun kuliarlarında çıxış edib.
Onun sözlərinə görə, Rusiya maliyyə institutlarına qarşı istənilən iqtisadi sanksiyalar “müharibə elanı”na oxşar olacaq. Andrey Kostin həmçinin bildirib ki, indi yeni qızğın silahlanma mərhələsi başlanır və bundan yalnız generallarla silah istehsalçıları qazanacaqlar.
“NATO daha çox silah tələb edir və Avropada böyük miqdarda silah yerləşdirir. Rusiya da buna eyni şəkildə cavab verəcək”, - Kostin əlavə edib.
Bankir vurğulayıb ki, Suriya, Baltikyanı və yaxud da Qara dənizdə toplanan silahlar bir təsadüf nəticəsində partlayış yarada bilər.
Xatırladaq ki, daha əvvəl ABŞ-ın Rusiyadakı səfiri Con Xantsman ABŞ-ın Rusiyaya qarşı ən güclü sanksiyaların yanvarın 29-da elan ediləcəyini açıqlayıb. Neçə nəfərin ABŞ-ın yeni sanksiyalarına məruz qalacağına gəlincə, səfir dəqiq cavab verməyib. O əlavə edib ki, yeni sanksiyaların Rusiya-ABŞ münasibətlərinə təsir edəcəyi şübhə doğurmur.
Daha əvvəl Ağ Evdə brifinq zamanı ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirdi ki, onun idarəsi Rusiya barəsində yeni sanksiyalar üzərində işləyir.
Eyni zamanda, Rusiyanın “Kommersant” qəzetinin yazdığına görə, sanksiyalara Rusiyanın ali rəhbərliyinə yaxın məmurlar və biznesmenlər məruz qalacaq. Onların sayı 50-dən çox, ailə üzvlərinin sayı ilə birlikdə isə 300-ə qədər ola bilər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar