Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
BÜTÜN XƏBƏRLƏR

Putinin yeni limuzininin qiyməti məlum oldu

Tarix: 17-01-2018 14:02     Baxış: 3527 A- / A+
Putinin yeni limuzininin qiyməti məlum oldu

Rusiya prezidenti Vladimir Putini daşıyacaq “Kortej” layihəsi əsasında hazırlanan avtomobilin pərakəndə satış qiyməti 6-7 milyon rubldan (təxmini 200 min manat) başlayacaq.
Bu barədə “RİA Novosti” Rusiyanın sənaye və ticarət naziri Denis Manturova istinadən məlumat yayıb. Onun sözlərinə görə, rus “limuzinin” satış qiyməti Premium sinfindən olan “Mercedes S-klass” və digər avtomobillərin qiymətindən 15 faiz çıxmaqla, başlanğıc qiyməti müəyyən edilib. Rus “limuzini” hazırlayan “NAMİ” avtomobil nəzəriyyəsi və texnologiyaları üzrə tədqiqat institutu fevralın sonu - martın əvvəlinə kimi Federal Mühafizə Xidmətinə 16 avtomobil təqdim edəcək. “Kortej” layihəsində dövlətin birinci şəxsləri üçün vahid modul platformasında avtomobil ailəsinin (limuzin, sedan və miniven) yaradılması nəzərdə tutulur. Layihənin istehsalat tərəfdaşı qismində Vadim Şvetsovun “Sollers” şirkəti çıxış edir. Layihə büdcəsinə 12.4 milyard rubl investisiya qoyulub.

SSRİ-nin süqutundan sonra Rusiyada prezident üçün ilk yerli limuzinin istehsal olunacağı xəbəri təxminən beş il əvvəl məlum olub. Dizaynerlərin planına görə, avtomobil 800 at gücü olan mühərriklə təchiz olunacaq. Zirehli maşının çəkisinin altı tona yaxın olacağı bildirilir. Məlum olub ki, “Kortej”in güc aqreqatlarının dizaynına “Porsche” şirkətinin mühəndis bölməsindən ekspertlər cəlb olunub.oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar