Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyənin dünyaya səs salacaq 4 NƏHƏNG LAYİHƏSİ

Tarix: 15-01-2018 09:05     Baxış: 4380 A- / A+
Türkiyənin dünyaya səs salacaq 4 NƏHƏNG LAYİHƏSİ


Türkiyənin enerji və iqtisadiyyat sahəsində həyata keçirdiyi siyasət artıq öz bəhrəsini verməkdədir. Bu baxımdan 2018-ci il Türkiyə üçün çox önəmli illərdən biri olacaq. Məhz bu il ölkədə yekunlaşması və başlanılması gözlənilən bəzi beynəlxalq və yerli əhəmiyyətli layihələr var.

TANAP

Bitirilməsi gözlənilən ən böyük enerji layihələrindən biri şübhəsiz ki, Azərbaycanla birgə həyata keçirilən və tikintisi tamamlanan Transanadolu boru kəmərinin (TANAP) istifadəyə verilməsidir.

İlkin ehtimala görə, TANAP bu ilin yay aylarında istifadəyə veriləcək. Bu layihə yalnız Türkiyə və Azərbaycan üçün deyil, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından ən önəmli layihələrdən biridir.

Bununla yanaşı, mediada əksini az tapan və TANAP çərçivəsində reallaşdırılan başqa bir layihə də var - bu, TANAP-ın keçdiyi ərazilərdə boru kəməri ilə yanaşı, fiber kabelin döşənməsidir. Heç şübhəsiz, fiber kabelin döşənməsi Türkiyənin 2023-cü il hədəflərinə daxil olan "Ölkənin internet şəbəkəsinin gücləndirilməsi" layihəsinə müsbət təsir edəcək.

İstanbulda üçüncü hava limanı


Türkiyə üçün daha bir önəmli layihə isə bu il İstanbulda üçüncü hava limanının istifadəyə verilməsidir ki, bu da ölkənin 2023-cü il hədəflərinə daxildir. İnsaşı demək olar ki, bitmək üzrə olan üçüncü hava limanında sınaq uçuşu bu il fevral ayında ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binəli Yıldırımın iştirakı ilə həyata keçiriləcək. Fevral ayında üçüncü hava limanının inşası çərçivəsində liman ərazisində 30 min avtomobilin park edilməsi üçün xüsusi dayanacaq da istifadəyə veriləcək.

Türkiyənin dünyaya səs salacaq 4 NƏHƏNG LAYİHƏSİ


2020-ci ilədək isə İstanbuldakı üçüncü hava limanından şəhər mərkəzinə getmək üçün yüksək sürətli dəmir yol xətti inşa ediləcək.

Üçüncü hava limanının istifadəyə verilməsi ilə Türkiyədən 350 istiqamətdə uçuş həyata keçiriləcək. Hazırda Türkiyədən 280 istiqamətdə uçuşlar həyata keçirilir.

Ərdoğanın xəyalı – Kanal İstanbul


2018-ci ildə inşası gözlənilən ən böyük layihələdən biri də ölkə prezidenti Ərdoğanın "Xəyalım" adlandırdığı "Kanal İstanbul" layihəsidir. Kanal İstanbulun inşa edilməsi ilk dəfə 2011-ci ildə Türkiyə gündəminə gətirilib.

Layihənin ilkin məbləği 60 milyard türk lirəsidir və kanalın inşasının ölkə iqtisadiyyatına ciddi mənada gəlir gətirəcəyi gözlənilir.

Kanal İstanbulun eni 400, dərinliyi 25 metr, uzunluğu isə 43 kilometr olacaq. Kanalın inşası çərçivəsində 38,5 hektar ərazidə yeni yaşayış massivləri inşa ediləcək.

Türkiyənin dünyaya səs salacaq 4 NƏHƏNG LAYİHƏSİ


Süni adalar


Kanal İstanbulun inşası çərçivəsində bu ilin sonunda Mərmərə və Qara dənizdə süni adaların inşasını da 2018-ci ilin ən önəmli hadisəsi hesab etmək olar.

Süni adaların inşasında Kanal İstanbulun qazıntısı zamanı çıxarılan torpaqdan istifadə ediləcək.

Adaların inşası üçün 2,7 milyard kubmetr torpaqdan istifadə ediləcək.

İnşası nəzərdə tutulan adalardan birinin sahəsi 186, ikincisinin 155, üçüncü adanın isə 104 hektar olacaq. İnşası nəzərdə tutulan adalar ticarət məqsədli olacaq, adalarda yaşayış komplekslərinin də inşası gözlənilir./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar