Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Xəstə olduğu deyilən Sarkisyan gizli şəkildə Moskvaya NİYƏ GEDİB? - SİRLİ SƏFƏRİN DETALLARI

Tarix: 10-01-2018 14:50     Baxış: 4339 A- / A+
Xəstə olduğu deyilən Sarkisyan gizli şəkildə Moskvaya NİYƏ GEDİB? - SİRLİ SƏFƏRİN DETALLARI


Ermənistanda prezident Serj Sarkisyan və baş nazir Karen Karapetyanın bir neçə günlük yoxa çıxması şübhəli suallar yaradıb.

Manevr.az xəbər verir ki, Karapetyan 2018-ci ilin ilk iş günündə məzuniyyət götürüb.

Sarkisyan isə milad bayramı münasibətlərilə keçirilən kilsə mərasimlərinə qatılmayıb.

Ermənistan mediası Sarkisyanın xəstələndiyi və xəstəxanaya yerləşdirildiyi haqda məlumat yayıb. Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan isə Sarkisyanın sadəcə soyuqladığını, lakin xəstəxanaya yerləşdirilmədiyini açıqlayıb.

Daha sonra ortaya çıxan informasiya isə diqqəti fərqli məcraya yönəltdi. Məlumatlara görə, Sarkisyan 1-2 yanvar tarixərində Avropa ölkələrindən birində olub. Yanvarın 3-də isə o, gizli şəkildə Moskvaya səfər edib.

Sarkisyanın bu səfərlərinin arxasında nələrin gizləndiyi maraqlıdır.

“Lragir” saytı yazır ki, Ermənistan prezidentinin Avropa-Moskva marşrutu üzrə səfərə çıxması təsadüfi ola bilməz.

“Hər iki geosiyasi mərkəz Ermənistanda hakimiyyətin sonrakı formalaşmasında rola malikdir. Ölkədə parlament idarəetmə üsuluna keçid başlanır. Baş nazir olmaq istəyən Sarkisyanın qarşısında maneələr mövcuddur. Hakim Respublika Partiyasında onu dəstəkləyənlər olduğu kimi, getməyini tələb edənlər də var. Oliqarxiya dairələrində qeyri-müəyyənlik hökm sürür. Bu proseslər fonunda Sarkisyanın Avropa və Rusiyaya getməsi gələcək planlara hesablanmış addımdır. Karapetyana gəlincə, onun da xaricə getdiyi rəsmi şəkildə təsdiqlənir. Lakin hansı ölkələrə getdiyi deyilmir. Mümkündür ki, Karapetyan da Sarkisyanın marşrutu üzrə hərəkət edərək, xal toplamağa çalışır”, - deyə məqalədə qeyd olunur.

Sayt İrəvan kulislərində qızğın mübarizənin başladığını və bu mübarizəyə təkcə ölkə daxilindəki qüvvələrin yox, Rusiya və Avropanın da qoşula biləcəyini yazır./Publika.az/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar