Xəbər lenti
MİNİMUM ƏMƏKHAQQI ARTIRILIR... Çexiyada

Bu ay Çexiyada minimum əməkhaqqı 11 faiz artırılaraq 12200 krona (təxminən 470 avro) çatacaq.
AZƏRTAC Çexiyanın Əmək Nazirliyinə istinadla xəbər verir ki, bu artım minimum əməkhaqqı alan 132 min nəfərin maliyyə vəziyyətini yaxşılaşdıracaq.
Andrey Babişin kabineti öz proqram bəyanatında açıqlayıb ki, hökumət 1 saatlıq minimum əməkhaqqının proqnozlaşdırılan artımı qaydalarını hazırlayır.
Çexiyada 1 saatlıq minimum əməkhaqqı 66 krondan (2,5 avro) 73,20 kronadək (2,8 avro) artırılır. Öz işinə görə minimum məbləğ ödənilən işçilərin əməkhaqqının artırılması kommersiya sektoruna 3,1 milyard krona, (119 231 000 avro), iqtisadiyyatın dövlət seqmentinə 1,28 milyard krona (49 230 000 avro) başa gələcək.
Bundan əvvəl sosial-demokrat Boquslav Sobotkanın rəhbərlik etdiyi hökumət hər il 1 saatlıq minimum əməkhaqqını artırırdı ki, dörd il ərzində bu, 3700 krona (142,5) çatmışdı. Hazırda sahibkarlar minimum əməkhaqqının yüksəldilməsi məsələsinin “siyasi mövzuya çevrildiyini” bildirir, 1 saatlıq minimum əməkhaqqının sıçrayışlı artımından imtina etməyi və onun dəqiq qaydalarla tənzimlənməsini tələb edirlər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar