Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

İran hadisələrindən geri qalanlar -Ayətullah Xameneyini narahat edən nələrdir?

Tarix: 03-01-2018 20:24     Baxış: 3537 A- / A+
İran hadisələrindən geri qalanlar -Ayətullah Xameneyini narahat edən nələrdir?


İranda dekabrın 28-də baş qaldıran etirazlar tədricən səngiyir. Ötən gecə Tehranda deyil, bir neçə kiçik şəhərdə etirazlar olub. Ancaq əvvəlki günlərlə müqayisədə aksiyalar sönük görünüb. Hökumət gözlənildiyinin əksinə, aksiyaları yatırmaq üçün “İnqilab Keşikçiləri”ni (SEPAH) meydanlara çıxarmayıb. Əsasən polis və bəzi şəhərlərdə “bəsic” (“İnqilab könüllüləri” – yarımhərbi birliklər – K.R.) üzvləri aksiyalara qarşı çıxarılıb.

Ötən gün SEPAH hərbçiləri aksiyaların başladığı Məşhəd şəhərində küçələrdə yerli sakinlərə gül hədiyyə edib. Bununla da aksiyanın təşkilatçıların mesaj göndərməyə çalışıblar, yəni SEPAH-a belə ehtiyac qalmadı, sadəcə gül hədiyyə etmək üçün küçələrə çıxdılar.

Hələlik aksiyaların tam şəkildə başa çatdığını demək olmaz. Bəzi kiçik şəhərlərdə etirazların davam etməsi gözləniləndir. Ancaq böyük mənada aksiyalar kulminasiya nöqtəsini artıq arxada qoymuş kimi görünür. Qərb mediasında bu aksiyalar 2009-cu ildən sonra ən böyük etirazlar kimi göstərilsə də, əslində İranda 2009-cu ildən sonra bir neçə dəfə ciddi etiraz aksiyaları olub.

Maraqlıdır ki, etirazlar Azərbaycan əyalətlərinə sirayət etməyib. Təbrizdə ümumiyyətlə, sabitlik olub. Azərbaycan və bir neçə xarici ölkə mediasında Təbriz etirazları başlığı ilə foto və video paylaşılsa da, sonradan bunların saxta olduğu məlum olub. Təbriz bu dəfə etirazlara reaksiya verməyib. İlk günlərdə Zəncanda, Urmiya, Ərdəbil və Həmədanda kiçik miqyaslı etiraz olub. Sonrakı günlərdə Zəncanda hökumət tərəfdarları küçəyə çıxıb. Yəni ümumilikdə bu etiraz dalğası Azərbaycan türklərini hərəkətə gətirməyib.

İran hadisələrindən geri qalanlar -Ayətullah Xameneyini narahat edən nələrdir?


Etiraz aksiyalarına ötən gün İran dini lideri Ayətullah Əli Xameneyi də münasibət bildirib. O deyib ki, “düşmənə və onun düşmənçiliyinə mane olan amil xalqdakı şücaət, fədakarlıq və iman ruhudur”.

Dini lider baş verənlərdə xarici amilin roluna işarə edib. Deyib ki, düşmənlər İranda daxili müharibə törətmək, ölkəni Liviya və Suriyanın gününə salmağa çalışırlar.

İranın dini rəhbəri düşmənin həmişə İran xalqına nüfuz edib ona zərbə endirmək fürsətini gözlədiyini bildirib: “Son günlərin hadisələrində İran düşmənləri pul, silah, siyasət və təhlükəsizlik aparatı kimi ixtiyarlarında olan müxtəlif vasitələrlə islami quruluşa problem yaratmaq üçün müttəfiq oldular".

İran hadisələrindən geri qalanlar -Ayətullah Xameneyini narahat edən nələrdir?


Eyni zamanda Ayətullah Seyid Əli Xameneyi deyib ki, baş verən hadisələrlə əlaqədar öz fikirlərini yekun şəkildə vaxtı gəldikdə xalqla bölüşəcək.

Dini lider əvvəlki vaxtlarda olduğu kimi qətiyyətli və aydın danışsa da, narahat olduğu hiss olunub. Bu narahatlığın xaricdən güclü müdaxilənin olmasından doğduğu, yoxsa daxildəki rəqabətlə əlaqədar olduğunu aydınlaşdırmaq indilikdə mümkün deyil. İranın indi ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, İngiltərə kimi güclü düşmənləri var. Son hadisələr göstərdi ki, bu güclərin İranın daxilinə nüfuz etmələri mümkündür. Yeri gəlmişkən, İranda küçə etirazlarına səsləyən sosial şəbəkə çağırışlarının böyük əksəriyyəti Səudiyyə Ərəbistanından atılıb. Bu da informasiya müharibəsinin mövcudluğunu təsdiqləyir.

İran hadisələrindən geri qalanlar -Ayətullah Xameneyini narahat edən nələrdir?


İran prezidenti Həsən Ruhani də bir neçə gün əvvəl çıxışında iğtişaşlarda xarici faktora işarə edib. Ruhani bildirib ki, düşmənlər İranın bölgədə əldə etdiyi müvəffəqiyyətlərdən sonra əsəbiləşərək qeyri-sabitliyi İran küçələrinə keçirtmək üçün anlaşıblar. İran prezidenti deyib ki, iqtisadi problemlərə görə etiraz edənlərlə iğtişaşçılar ayrıdır. Sitat: “Tənqid və etiraz təhdid yox, fürsətdir. Xalq çıxıb öz tələblərini bildirdiyi zaman bəziləri meydana çıxaraq bundan sui-istifadə edib digərlərini də iğtişaşlara təhrik edirlər. İğtişaşçılar bilsinlər ki, İran xalqı müqəddəsatına və dəyərlərinə edilən təhqirlərə biganə qalmayacaq. Xalq iğtişaşçıların cavabını verəcəkdir. Və sonra biz xalqla birlikdə problemləri həll edəcəyik”.

Yeri gəlmişkən, bu gün İnqilab Keşikçiləri Korpusu da rəsmi açıqlama yayaraq aksiyaların başa çatdığını və bu işdə əli olanların müəyyənləşdirilməsinin davam etdiyini bildirib. Bu açıqlamalardan belə məlum olub ki, rəsmi Tehran etirazçıların bir qisminin sosial-iqtisadi vəziyyətə etiraz olaraq küçələrə çıxdığını, bir qisminin isə yönəldildiyini düşünür. Heç şübhəsiz ki, ikincilərin ifşası prosesi olacaq. Artıq İran telekanalları və agentlikləri iğtişaşlardan çəkilmiş foto və videolarda görünən şübhəliləri göstərməyə başlayıb.

İran hadisələrindən geri qalanlar -Ayətullah Xameneyini narahat edən nələrdir?


Ancaq belə görünür ki, son etirazlara görə siyasi elita daxilində də ciddi cəzalandırılmalar olacaq. Hələlik daxildə iki əsas şübhəli ünvan var. Birincisi, ötən il prezident seçkilərində Ruhaninin əsas rəqibi olmuş, Məşhəd şəhərində iqamət edən, İmam Rza (ə) ziyarətgah-kompleksinin rəhbəri Ayətullah Rəisi və onun tərəfdarlarıdır. Bəzi iddialara görə Rəisi və qrupu Ruhaniyə qarşı provokasiya olaraq bu aksiyaları Məşhəddə təşkil edib. Yeri gəlmişkən, Rəisinin qayınatası, Məşhəd şəhərinin imam-cüməsi Aləmulhuda da aksiyaları tətikləyən şəxslərin sırasında birinci yerdə sadalanır. Ehtimal ki, bu versiya Rəisi üçün başağrısı olacaq.

İkinci şübhəli şəxs keçmiş prezident Mahmud Əhmədinejaddır. İran rəsmiləri aksiyaları qızışdıran əsas sosial şəbəkə kanallarının daxildəki dövlət mənbələrinə çıxışı olduğunu və dolayısı ilə “içəridən” qaynaqlandığını bildirirlər. SEPAH komandiri Məhəmməd Əli Cəfəri də aksiyaları qızışdıran “amadnews” kanalının Əhmədinejada yaxın dairələrə məxsus olması ilə bağlı şübhələrin olduğunu bildirib. Bu isə şübhəli siyahısını genişləndirir. Ancaq ehtimal ki, bu aksiyaya görə həm də dövlət daxilindəki siyasi güc mərkəzləri arasında da ciddi rəqabət baş verəcək. Dini lideri narahat edən məqam da yəqin ki, budur. Çünki hazırkı həssas siyasi-hərbi vəziyyətin mövcud olduğu bir zamanda siyasi qüvvələrin ölkədə çaxnaşma yaratması ilk növbədə dini liderin özü üçün ciddi problemdir. Bu səbəbdən də Ayətullah Əli Xameneyi “suların bir az da durulmasını” gözləyir.

İran hadisələrindən geri qalanlar -Ayətullah Xameneyini narahat edən nələrdir?


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar