Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bu, erməni xalqının faciəsidir - Ohanyan

Tarix: 31-12-2017 16:00     Baxış: 4384 A- / A+
Bu, erməni xalqının faciəsidir - Ohanyan


Erməni cəmiyyəti birdəfəlik “hakimlərə” və “qurbanlara” parçalanır.

Manevr.az virtualaz.org-un xəbərinə görə bildirir ki, bunu özünün Yeni il müraciətində Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan deyib. O, ölkəsində baş verənləri “erməni xalqının ümumi faciəsi” adlandırıb.

“Bu gün bir sıra səs-küylü məhkəmə işlərini izləyərkən döyüş yoldaşlarımızın çarəsizlik içərisində necə yumruqlarını yellədiyini görüb ürək ağrısı və kədər hissləri keçirirəm” - Ohanyan İrəvanda bir sıra keçmiş səhra komandirlərinin, o cümlədən 2016-cı ilin iyulunda İrəvanda qiyam qaldırmış Qarabağ veteranlarından ibarət qrupun məhkəmə proseslərini nəzərdə tutaraq bildirib.

Ohanyan qeyd edib ki, indi məhkəməsi gedənlər vaxtilə Qarabağın alınması işində böyük xidmətlər göstəriblər və bütün bu baş verənlər erməni xalqının ümumi faciəsidir.

Xatırladaq ki, Seyran Ohanyan 2016-cı ilin aprel döyüşlərində Ermənistan ordusunun sarsıdıcı zərbə almasından sonra İrəvanda başlayan siyasi təlatümlərin gedişində istefa verib. Daha sonra müxalifətə keçib və öz siyasi blokunu quraraq parlament seçkilərinə qatılıb, lakin uğur qazana bilməyib və kölgəyə çəkilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar