Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

ERMƏNİSTANDA YOXSULLUQ: Aylıq gəlir nə qədərdir?

Tarix: 25-12-2017 21:01     Baxış: 2455 A- / A+
ERMƏNİSTANDA YOXSULLUQ: Aylıq gəlir nə qədərdir?


Ermənistanda insanlar acınacaqlı vəziyyətdə yaşayır, yoxsulluq həddi durmadan artır.

Axar.az xəbər verir ki, Gürcüstandakı erməni icmasının internet portalında (armenian-community.ge) Ermənistan əhalisinin acınacaqlı vəziyyəti barədə məlumat yayılıb.

Portal Ermənistan Milli Statistika Xidmətinə istinadən bildirir ki, Ermənistanda yoxsulluğun həddi durmadan artır, əhalinin hər 10 nəfərdən 3-ü yoxsul vəziyyətdədir. Hazırda 880 min nəfər vətəndaş yoxsulluq statusuna malikdir. Ermənistan əhalisinin 295 min nəfərinin aylıq gəlirləri 69 dollar, daha kasıb olan 54 min nəfər vətəndaşın isə orta aylıq gəlirləri 48 ABŞ dolları miqdarındadır.

Məlumatda bu göstəricilərin Ermənistan kimi kiçik dövlət üçün fövqəladə təhlükə yaratdığı, hökumətin bu istiqamətdə fəaliyyətinin müsbət nəticə vermədiyi qeyd olunub.

Bununla yanaşı, portalda əməkhaqqının, pensiya təminatının artmadığı bir ölkədə əksinə çörək, süd və ət məhsullarının və digər zəruri məhsulların qiymətlərinin gündən-günə artdığı, inflyasiya həddinin, işsizlik göstəricilərinin yüksəldiyi qeyd olunur və çıxış yolu kimi investisiya yatırımlarının həyata keçirilməsinə ehtiyac duyulduğu bildirilir. Lakin hakimiyyətdə olan Respublika partiyasının buna əhəmiyyət vermədiyi qeyd edilir, parlament üzvlərinin məsələ ilə bağlı əsassız çıxışları sərt tənqid olunur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar